24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

"İnter" "Simurq" önünə ciddi itkilərlə çıxacaq

 

Premyer Liqanın 26-cı turu çərçivəsində “Qarabağ”la (3:2) keçirilən səfər oyunundan sonra “İnter”in futbolçuları “Şəfa” stadionunda bərpa məşqinə çıxıblar. Futbolxeber.az-ın məlumatına görə, dünən isə komandaya birgünlük istirahət verilmişdi.  
 
Artıq bu gün Kaxaber Tsxadadzenin yetirmələri yenidən “Şəfa” stadionunda bir araya gələrək gün ərzində iki dəfə məşq etdilər. Sabah daha bir məşqin keçirilməsi planlaşdırılır. 
 
Qeyd edək ki, məşq prosesində “Qarabağ”la oyunda zədə almış Vladimir Levin iştirak etmirdi. Kapitanın “Simurq”la keçiriləcək oyunda iştirakı sual altındadır. Bundna başqa, sarı vərəqə limitini keçdiklərinə görə Arif Daşdəmirov, Asif Məmmədov və Fuad Bayramov zaqatalılarla oyunda meydançaya çıxa bilməyəcəklər. 
 
Xatırladaq ki, Azərbaycan Çempionatının 27-ci turunda keçiriləcək “İnter” - “Simurq” qarşılaşması aprelin 20-də “Şəfa” stadionunda baş tutacaq. Oyun saat 19.00-da başlayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30