24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qarabağ”ın rekordu rəsmiləşdi

“Qarabağ”ın qələbə seriyası başa çatıb. Futbolxeber.az-ın məlumatın görə, Azərbaycan Premyer Liqasında ardıcıl 7 qələbə qazanan Qurban Qurbanovun yetirmələri XXXI turun “Simurq”la səfər oyununda xal itkisi ilə üzləşib. 0:1 hesablı məğlubiyyətlə Ağdam təmsilçisinə məxsus mövsümün rekordu rəsmiləşib. Belə ki, “Qarabağ”dan başqa heç bir klub cari mövsüm ardıcıl bu qədər qalib gəlməmişdi. “Neftçi” və “İnter”in 5 oyunluq qələbə seriyaları var ki, sonuncularda bu ardıcıllıq davam etməkdədir.

Sonuncu dəfə də məhz “Simurq”la görüşdə xal itirən ağdamlılar XXIII turun fevralın 23-dəki görüşündə qolsuz heç-heçə etmişdi. 56 gündən sonra xal itkisi ilə üzləşən Qurbanovun komandasının məğlubiyyətsiz oyunlar seriyası da qırılıb. Çempionatın lideri sonuncu dəfə XIX turun “Xəzər Lənkəran”la ev oyununda 0:1 hesabı ilə yenilmişdi. Fevralın 1-dəki oyundan sonra “Qarabağ” 11 matçda uduzmamışdı.

Qeyd edək ki, “Qarabağ”ın ölkə çempionatları tarixində ən uzun qələbə seriyası 9, məğlubiyyətsizliyi 22 matçdan ibarət olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30