25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Luis Hilario Dodo - 100

“Rəvan”la oyun “Qəbələ”nin ən təcrübəli futbolçusu Luis Hilario üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, 2011-ci ilin yayında transfer olunan braziliyalı “qırmızı-qara” formada yubiley - 100-cü oyununu keçirib. Buna nail olan ilk futbolçu kimi klub tarixinə düşən Dodo ləqəbli legioner həm də yeni rekorda imza atıb. Cənubi amerikalı 99 oyun keçirən Pavel Doroşevi arxada qoyub. Luis Hilarilo bu oyunların 91-ni çempionat, 9-nu kubokda keçirib. Bu oyunlar ərzində Dodo 16 dəfə rəqib qapıçılarını məyus edib.

Qələbə ilə yekunlaşan "Rəvan"-"Qəbələ" matçının ardından braziliyalı futbolçu 100-cü oyun təəssüratlarını gabalafc.az-la bölüşüb. Yarımmüdafiəçi "qırmızı-qara" forma ilə bu anı yaşadığına görə özünü xoşbəxt hiss etdiyini deyib:

"Qəbələ"nin tarixinə düşdüyümə görə sevincliyəm. Xoşbəxtlikdən 100-cü oyunum qələbə ilə yekunlaşdı. Bu mənim üçün xüsusi yaddaqalan oldu. Artıq 3-cü ildir ki, "Qəbələ"dəyəm. Bu müddət ərzində həm sevincli, həm kədərli günlərimiz olub. Komandamla gözəl qələbələrə sevinib, gözlənilməz məğlubiyyətlərə üzülmüşük. Amma heç vaxt "qırmızı-qara" formanı geyinməyimə peşman olmamışam, bu formanı daşımaqdan yorulmamışam. Hər zaman rəhbərlikdən dəstək, azarkeşlərimizdən sevgi görmüşəm. Yəni arxada qoyduğum 100 oyundan həzz almışam. Bu forma ilə böyük uğurlar qazanmaq istəyirəm. İnanıram ki, istəklərimə nail olacağam".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30