18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Vaqif Sadıqov: "Heç kimi komandada güclə saxlamırıq"

“Rəvan”la oyuna hazırlıq planlı şəkildə davam edir. 4 cəzalı futbolçumuz var. Həmişə olduğu kimi, bütün gücümüzü ortaya qoyub, mübarizə aparacağıq ki, qələbə qazanaq". Bu sözləri Futbolxeber.az saytına verdiyi açıqlamada AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis Saşa Yunisoğlunun komandadan gedəcəyi haqda yayılan xəbərlərə də münasibət bildirib: "Saşanın komandanı tərk edəcəyi barədə heç nə eşitməmişəm. Onun AZAL-la hələ müqaviləsi var. Ümumiyyətlə, biz heç kimi komandada güclə tutub, saxlamırıq. Yaradılan şanslardan səmərəli istifadə edib, özünü doğrulda bilən klubda qalacaq, getmək istəyən də gedəcək. Bunu fərdi söhbət zamanı bir çox oyunçuların nəzərinə çatdırmışam, eləcə də Saşa Yunisoğlunun. Mövsümün sonuna 6 tur qalıb. Bu müddət ərzində hər bir futbolçuya özünü yaxşı tərəfdən göstərmək üçün şans yaradılacaq. O ki qaldı son oyunda Saşanın “18-lik”də yer almamasına, təbii ki, eyni zamanda bir neçə müdafiəçini iştirak ərizəsinə sala bilmərəm. Bildiyiniz kimi, komandanın Usim Nduka kimi əsas müdafiçilərindən biri ikinci hissədə meydana daxil oldu. Saşa hazırda yaxşı formadadı. Gələn oyunlarda da ona kifayət qədər imkan yaradılacaq ki, əsas heyətə düşə bilsin”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30