25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Nikolov bu dəfə kimə söz atdı?

"İnter"in prezidenti Georgi Nikolov klubun saytında növbəti bloqunu yazıb. Futbolxeber.az-ın məlumatına görə, bolqar klub prezidenti əvvəlcə futbolçuların inanclarından söz açıb: “Futbolçular meydana çıxanda onların rituallarına maraqla baxıram. Kimisi meydana əlini sinəsinə vuraraq xaç çəkir, kimisi mütləq sol (sağ) ayağını atır, kimisi yuxarı baxır, kimisi barmağını göstərir... Maraqlı inanclardır, hər biri də özünəməxsus”.

Daha sonra Nikolov bəzi klub rəsmilərinə də söz atıb: "Prezidentlər və digər funksionerlər də insandır. Mən tez-tez belə magiyalı rituallarda fikir tuturam. Məsələn, rəqib hücum edəndə, barmaqları birləşdirirəm. Öz-özümə deyirəm ki, “Kişi, bu, işləyir, bax - bizim komanda bu günə kimi cəmi 18 qol buraxıb. Artıq bəzi komandalar isə təntənə ilə şeypurlar çalmağa başlayıblar ki, biz çempion olacağıq... Məsləhət görürəm ki, tələsməyin! Arxı keçməmiş “hop” deməyin. Məsələn, son matçımız zamanı kimsə zərbədən əvvəl qol qışqırdı. Top dirəyə dəydi...”. 

Nikolov fikrini belə tamamlayıb: "İlk “altılığ”ın sonuna 6 oyun qalıb, bunlardan hər biri 6 xallıqdır... Bu da sizin üçün 666. Numerologiya nöqteyi-nəzərdən yetərincə pis kombinasiyadır. Bəxt kiminsə təkərinə taxta qoyub, kiməsə bunu etməyə hazırlaşır. O, özünə hörmət edən qadın kimi dəyişkəndir. Yeri gəlmişkən, bu köşə yüz faiz zarafatdır. Ancaq insan onu döngədə nə gözlədiyini bilə bilməz”. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30