20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elnur Allahverdiyev: “Söyüş işlətmişəm, danmıram, özümü saxlaya bilmədim, neyləyim?”

“İntizam Komitəsinin barəmdə çıxardığı qərarı təəccüblə qarşıladım”. Futbolxeber.az-ın məlumatına görə, bunu milli komandamızın və “Qəbələ”nin müdafiəçisi Elnur Allahverdiyev deyib.

Ölkə kubokunun 1/2 final mərhələsinin “Xəzər Lənkəran”la ilk oyununda (3:0) cəzalı olduğu üçün meydana çıxa bilməyən Elnur Allahverdiyev sərt cəza ilə üzləşib. Belə ki, görüşü kənardan izləyən Allahverdiyev burda da emosiyalarına sahib ola bilməyib. O, baş hakim Rəhim Həsənovun qərarlarını söyüşlə qarşılayıb. Bu isə onun 5 Premyer Liqa matçında iştirakına qadağa qoyulmasına, “Qəbələ”yə isə 10 min manat cərimə kəsilməsinə səbəb olub.

Elnur isə qərarı düzgün saymasa da, söyüş söydüyünü etiraf edir: “Söyüş işlətmişəm, bunu danmıram. Özümü saxlaya bilmədim, neyləyim? Bir səhvdir. Amma mənə cəzanı düzgün verməyiblər. Bu cəza kubokda verilməli idi. Cəzanı çempionat matçlarına şamil etdilər. Baxın, siz jurnalistsiniz. Bu nə dərəcədə doğrudur? Hələ rəhbərliklə görüşməmişəm. Yəqin ki, qərardan şikayət edərik”.

Qeyd edək ki, Rəhim Həsənov XXVIII turun “Qarabağ” - “Qəbələ” görüşündə Elnur Allahverdiyevə 76 və 78-ci dəqiqələrdə sarı vərəqə verməklə onun “Xəzər Lənkəran”la çempionat matçını buraxmasına səbəb olmuşdu.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30