20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Elnur Allahverdiyevə sərt cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 16 aprel 2014-cü il, 2013/2014 mövsümündə, XXII ölkə kubokunun 1/2 final mərhələsinin “Qəbələ” - “Xəzər Lənkəran” matçının 1 və 2-ci dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri, 42-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən isitifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunub.

Oyunun 5-ci və 8-ci dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Oyunun 63-cü dəqiqəsində “Qəbələ” klubunun məşqşisi Andrey Syomin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Oyundan əvvəl cəzalı olduğu üçün matçda iştirak etmək hüququ olmayan “Qəbələ” klubunun futbolçusu Elnur Allahverdiyev geniş kütlə qarşısında oyunun baş hakimini təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 10000 manat cərimə olunub. Futbolçuya verilmiş 5 oyunluq cəza Premyer Liqa matçlarına şamil edilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30