20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Con Toşak üçün kubokda debüt

 

Sabah Azərbaycan kubokunun ilk yarımfinal oyunları keçiriləcək. “Xəzər Lənkəran” aprelin 17-də “Bakı”nın qonağı olacaq. Futboxleber.az-ın məlumatına görə, bu görüş klubların ümumilikdə 32-ci qarşılaşması kimi tarixə düşəcək.
 
9 ildir davam edən rəqabətdə qələbə sayında paytaxt futbolçuları üstündür. Onlar 11, "Xəzər Lənkəran" isə 8 dəfə meydanı qalib kimi tərk edib. Digər 12 görüşdə qalib müəyyənləşməyib. Ümumi top fərqində isə 31 qol vuran "Xəzər Lənkəran" 29 dəfə qapısında qol görüb.
 
Əvvəlki matçlardan 24-ü çempionat, 7-si kubok çərçivəsində olub. Kubokda paytaxt təmsilçisi 4, "Xəzər Lənkəran" 2 qələbəyə sevinib və 1 dəfə “sülh”lə ayrılıblar. Kubok oyunlarındakı top fərqində bakılılar öndədir – 8:7. Lakin bu 7 matçı özündə birləşdirən 4 dueldə hər komanda 2 dəfə qalib olub. 2006/07 və 2008/09 mövsümlərində duellər ¼ finala təsadüf edib. Əvvəl “Xəzər Lənkəran” (2:0 və 0:1) 2 il sonra isə bakılılar (0:1, 2:2) mərhələ adlayıb. 2009/10 mövsümündə finalda 1:2 hesabı ilə uduzan "Xəzər Lənkəran" növbəti il rəqibini dayandıra bilib. Həmin – 2 il əvvəlki duel indiki kimi yarımfinala təsadüf edib. Onda "Xəzər Lənkəran" səfər qolu ilə (1:0 və 1:2) mərhələ adlayaraq sonda 3-cü dəfə kubokun sahibi olub.
 
Son 3 ildə kuboku qazanan komandaların (2009/10 və 2011/12 mövsümlərində “Bakı”, 2010/11-də “Xəzər Lənkəran”) qarşılaşması “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın Azərbaycan kubokunda debütü ilə əlamətdar olacaq. Komandanı 3 çempionat matçına çıxaran uelsli mütəxəssis 2 il əvvəl yarımfinalda “Bakı”nı udmaqla qazanılan kuboku yenidən Lənkərana gətirmək üçün daha 1 addımın atılmasına çalışacaq.
 
2004/05 22.08.2004 çempionat s 0:2
2004/05 23.02.2005 çempionat e 2:0
2005/06 22.08.2005 çempionat e 0:1
2005/06 17.02.2006 çempionat s 1:1
2006/07 26.08.2006 çempionat e 1:0
2006/07 26.02.2007 kubok         s 2:0
2006/07 04.03.2007 kubok         e 0:1
2006/07 17.03.2007 çempionat s 0:0
2007/08 04.11.2007 çempionat s 2:2
2007/08 04.05.2008 çempionat e 0:0
2008/09 26.10.2008 çempionat s 0:0
2008/09 25.02.2009 kubok          e 0:1
2008/09 11.03.2009 kubok          s 2:2
2008/09 18.04.2009 çempionat e 3:0
2009/10 25.11.2009 çempionat e 1:1
2009/10 29.11.2009 çempionat s 3:0
2009/10 11.04.2010 çempionat s 0:1
2009/10 15.05.2010 çempionat e 0:1
2009/10 23.05.2010 kubok          n 1:2
2010/11 02.10.2010 çempionat e 1:1
2010/11 27.11.2010 çempionat s 1:1
2010/11 02.04.2011 çempionat s 0:0
2010/11 27.04.2011 kubok          e 1:0
2010/11 04.05.2011 kubok         s 1:2
2010/11 13.05.2011 çempionat e 2:0
2011/12 21.10.2011 çempionat s 2:2
2011/12 21.12.2011 çempionat e 3:0
2011/12 19.03.2012 çempionat e 0:1
2011/12 14.04.2012 çempionat s 1:4
2012/13 18.11.2012 çempionat s 0:2
2012/13 06.12.2012 çempionat e 1:1
 

lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30