29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Böyükağa Hacıyev: “Rəvan”ı keçməmək mənim üçün faciə sayılacaq”

“Gərgin oyun yox idi. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Kubok iki oyundan ibarətdir. Cavab oyununda bütün suallara aydınlıq gətirəcəyik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Rəvan”la oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev hakimdən narazılıq edib: “Rəqibin seçəcəyi taktikadan asılı olmayaraq “Neftçi” qələbəyə oynayacaq. Erik Ramosun yoxluğunu əvəz edə bilmədik. “Rəvan” cavab oyununda qolsuz heç-heçəni saxlamağa çalışacaq. Lazım olsa, həmin oyunda 5 hücumçu ilə oynayacam. Komandanın fiziki hazırlığına ispaniyalı məşqçi cavabdehdir. Komandada arxayınlıq var idi, klub daxilində bu məsələni müzakirə edəcəyik. Cavid İmamverdiyev təkbətək epizodda fərqlənə bilmədi. Bir hücumçu ilə qalmışıq. Rauf Cabbarovun hakimlik etməsinə “Rəvan” etiraz edirdi. Amma Rauf Cabbarov elə “Rəvan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etmədi. Hakimlikdən nə qədər danışacağıq? Ən yaxşısı - susmaqdır. “Rəvan”ı keçməmək mənim üçün faciə sayılacaq. Azərbaycan kubokunun finalına çıxmalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31