29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Nikolas Kanales “Neftçi”nin yalanını üzə çıxardı

Ötən mövsüm Premyer Liqanın ən məhsuldar hücumçusu olan Nikolas Kanalesin Azərbaycana qayıdışı baş tutmaya bilər. Apasport.az saytının məlumatına görə, sabiq futbolçusunu geri qaytaracağı gözlənilən “Neftçi” hələlik bu istiqamətdə heç bir addım atmayıb.

“Ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyev fevralın sonlarında keçirdiyi mətbuat konfransında Çili millisinin sabiq hücumçusunun yenidən heyətə qaytarılacağını demişdi. Onun “Kanales gələn mövsüm bizə gəlir” deməsi isə hələlik quru sözdən başqa bir şey deyil.

Bunu Nikolas apasport.az saytına açıqlamasında bildirib. 28 yaşlı hücumçu “Neftçi”yə dönmək perspektivinə qısa cavab verib: “Sabiq komandamdan heç bir təklif almamışam”.

Qeyd edək ki, 26 qolla Azərbaycan çempionatının bombardiri olmuş Kanales hazırda ölkəsinin “Kolo-Kolo” klubunun futbolçusu olsa da, “Santyaqo Uonderers”ə icarəyə verilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31