24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Qəbələ”: final yolunda üçüncü cəhd

Çərşənbə günü Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Futbolxeber.az-ın məlumatına görə, finala vəsiqə yolunda “Xəzər Lənkəran”la üz-üzə gələcək “Qəbələ” ilk oyununu aprelin 16-da doğma meydanda keçirəcək.

Bu dəfəki yarımfinal “qırmızı-qaralar”ın tarixində 3-cü belə haldır. Əvvəlki iki turnirdə finalın 1 addımlığında dayanan “Qəbələ” 6 il əvvəl məhz “Xəzər Lənkəran”la görüşmüşdü. Onda hər iki komanda matçların ikisində də qol sevinci yaşamışdı. Amma ümumi nəticədə 4:2 hesablı qələbə cənubluları finala daşımışdı.

Növbəti mövsümdə “Qəbələ” final yolunda “İnter”lə qarşılaşıb. Bu dəfə hər iki komanda öz meydanında quru hesablı qələbə qazanıb. Ümumi hesabda 5:2 hesablı qələbə bakılıları finala çıxarıb.

Əvvəlki iki cəhddə yarımfinala adlaya bilməyən “Qəbələ” 3-cü cəhddə ilk dəfə finala adlamağa çalışacaq.

2007/08 mövsümü

09.04.2008. Qəbələ - Xəzər Lənkəran - 1:3

İbrahim Hüseynov, 75 - Zaur Ramazanov, 12, 56, İrakli Vaşakidze, 15-öz qapısına

23.04.2008. Xəzər Lənkəran - Qəbələ - 1:1

Rahid Əmirquliyev, 79 - Abdulkader Kamara, 35

2008/09 mövsümü

29.04.2009. İnter (Bakı) - Qəbələ - 5:0

Valter Quqlemon, 5, 12-p., Petar Zlatinov, 8, Danildo Assioli, 60, İvan Testimitianu, 76

06.05.2009. Qəbələ - İnter (Bakı) - 2:0

Kənan Kərimov, 40, Azər Bağırov, 87


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30