20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Layiqli qələbə qazandıq”

“Futbolçularımı təbrik edirəm, layiqli qələbə qazandılar. Oyuna yaxşı başladıq. Hava isti olduğu üçün oyunda sürət aşağı idi. Lakin hər iki komandada faydalı iş əmsalı yüksək idi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis Mahir Şükürovla münasibətlərinin yaxşı olduğunu bildirib: “Çempionatın səviyyəsi yaxşıdır. Bu oyunu artıq unutmalıyıq. Müəyyən çatışmazlıqlarımız oldu, bunları təhlil etməliyik. Qarşıda 6 oyun var, hər biri bizim üçün final kimidir. Mövsümü ilk üçlükdə bitirmək üçün həm fiziki, həm də psixoloji cəhətdən hazırlıqlı olmalıyıq. “Neftçi” kubokda layiqli qələbə qazanaraq yarımfinala yüksəldi. Hesabda irəli çıxdıqdan sonra təşəbbüsü rəqibə verdik. Hesab bərabərləşdikdən sonra komandaya daha aktiv oynamağı tapşırdım. Mahir Şükürovla aramızda yaxşı münasibət var. Emosiyalara qapılmamağı dedim. Futbolçular bütün fikirlərini oyuna versələr yaxşı olar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30