16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Tərlan Əhmədov: “Çox ağır yükün altına girmişik”

“Bilirdik ki, ağır oyun olacaq. Rəqib həm Premyer Liqada, həm də kubokda mübarizə aparır. Oyunumuzu dəyişən, lider futbolçumuz yoxdur”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov məşqsədlərinin uduzmamaq olmadığı bildirib: “Gənc oyunçularımız azdır, Cavid Tağıyevin də oynamaması bizə müəyyən problemlər yaratdı. Komandanın qarşısına uduzmamaq tapşırığı qoyulmuşdu. Son 20 dəqiqədə üstünlüyü rəqibə verdik. Komanda meydanda mübarizə apardı, futbolçular bir-birinə kömək elədilər, buna görə təşəkkürümü bildirirəm. Çox ağır yükün altına girmişik, bizim üçün mübarizə indi başlayır. Öz imicimiz üçün oynamalıyıq. Heyətlə bağlı çatışmazlıqlarımız var. Qol imkanlarından soyuqqanlıqla istifadə edə bilmirik. Bunların üzərində işləyirik, çalışacağıq ki, qalan 6 turda qələbə qazanaq. Rəqibin oyununu və heyətini təhlil etmişdik. İqbekoyinin sürətini və rəqibin müdafiədəki boşluqlarını nəzərə alıb onu hücumda oynatdıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30