24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Xəzər Lənkəran”: Mbilla son 4 mövsümün ən yaxşısı oldu

“Xəzər Lənkəran” 2014-cü ildə ilk ev qələbəsini qazanıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən il dekabrın 20-də “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub etdikdən sonra öz meydanında 4 qarşılaşmaya çıxan “Xəzər Lənkəran” həmin görüşlərdə qalib gələ bilməmişdi. Bu il “Neftçi” (2:2) və “İnter”lə (1:1) heç-heçə edən, “Bakı”ya 0:2, “Simurq”a 1:3 hesabı ilə məğlub olan Mustafa Dənizlinin yetirmələri 106 gündən sonra doğma meydanda 3 xal əldə etdi.

4 oyunluq qələbə həsrətinə son qoyan “Xəzər Lənkəran” cari mövsüm imza atdığı klub tarixinin antirekordunu təkrarladıqdan sonra onun yenilənməsinə imkan vermədi. Komanda ötən ilin sentyabr-dekabr aylarında da ardıcıl 4 ev oyununda qalib gəlməmişdi.

Uğursuz seriyaya Azərbaycan Premyer Liqasının XXIX turunun “Qəbələ” ilə oyunundakı 1:0 hesablı qələbə ilə son qoyan “Xəzər Lənkəran” Etame Mbillanın qolu ilə qalib gəldi. Kamerunlu futbolçu bununla da cari mövsüm Premyer Liqada vurduğu qolların sayını 9-a çatdırdı. Etamenin göstəricisi son 4 ildə “Xəzər Lənkəran”ın heyətində ən yüksək məhsuldarlıqdır. Sonuncu dəfə komandada 9 və daha çox qol vuran oyunçusu buna 2009/10 mövsümündə nail olmuşdu.

Bütün yarışları nəzərə almaqla, Mbilla hazırkı mövsümdə 13 qolun müəllifidir.

Mövsüm  Futbolçu                 Qol  Oyun

2004/05   Oqtay Dərəlioğlu   17    21

2004/05   Samir Əliyev          20    31

2006/07   Zaur Ramazanov    20    24

2007/08   Zaur Ramazanov    11    25

2008/09   İvan Tsvetkov        15    21

2009/10   Allan Lalin             9      27

2009/10   Mario Souza           9      28

2013/14   Etame Mbilla         9      25

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu Yunis Hüseynova məxsusdur. Yarımmüdafiəçi ilk çempionatın startında ardıcıl 12 qarşılaşmada qol vurmaqla şərəfini qoruduğu “Neftçi”nin qələbələrində pay sahibi olmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30