26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Tsxadadze: “Nəticəyə oynamalı idik”

“Vacib 3 xalı qazandıq. Mövsüm sona yaxınlaşdıqca futbolçuların psixoloji hazırlığı ön plana keçir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis komandasına təşəkkür edib: “Simurq” bizdən fərqli olaraq daha sərbəst oynayırdı, turnir cədvəlindəki mövqeyi buna imkan verirdi. Bundan irəli gələrək ilk hissədə hücumlarımız kəsərli olmadı. Top itikilərinə yol verirdik. Sona yaxın isə nəticəyə oynamalı idik. Bu oyunda da vacib qələbə qazandıq. Mükafatçıların son turlarda müəyyən olunacağını düşünürəm. Komandama oyuna və qələbəyə görə təşəkkür edirəm. İlk 6 turdan sonra turnir cədvəlində son pillədə idik. “Qəbələ” bizi çox qabaqlayırdı, indi isə biz onları 7 xal qabaqlayırıq. Komandamız böyük iş görüb. Qarşıdakı 7 oyunda lazımi nəticə ala bilməsək bu uğurun mənası qalmayacaq. Bundan sonra bizə daha çətin olacaq. “İnter” həmişə funksional baxımdan yaxşı vəziyyətdə olub, əsas futbolçuların psixoloji hazırlığı ilə məşğul olacam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30