29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Çempionluqdan danışmaq tezdir”

“Oyun sönük keçdi, buna baxmayaraq, vacib 3 xal qazandıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov yenə də çempionluqdan danışmağın erkən olduğunu bildirib: “Bu gün AZAL bizim üçün tanış olmayan rəqibdir, oyunda sürpriz nəticə də ola bilərdi.  Gələcəkdə Tərlan Əhmədovun rəhbərliyi altında öz oyun üslubu olacaq. Hesabda geridə olmalarına baxmayaraq, oyun intizamını pozmadılar. Tərlan Əhmədovun AZAL-a baş məşqçi təyin olunmasına sevindim, ona uğurlar arzulayıram. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Bakının mərkəzindən bir az uzaqda oynasaq da, oyuna gəldilər. Legioner limitinə görə bu gün əsas heyətdə Vüqara şans verdim. Həm Vüqara, həm də Leroya şans verməyə çalışıram. Hələ çempionluqdan danışmaq tezdir. Qarşıda 7 oyun var, bu da 21 xal edir. Əvvəlcədən proqnoz verməyi xoşlamıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31