17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Həyatda mümkünsüz heç nə yoxdu”

“Çox çətin oyunda “Neftçi” kimi böyük rəqibə qarşı oynayacağıq. Yaxşı heyəti olan komandanı güclü məşqçi çalışdırır. Hansı ki, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev birvaxtlar “Bakı”nın “sükanı arxası”nda ölkə çempionu olub”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Təcrübəli mütəxəssis heyətdəki itkilərə baxmayaraq, qələbə üçün meydana çıxacaqlarını vurğulayıb: “Qələbə qazanmaq çətindi, amma həyatda mümkünsüz heç nə yoxdu. Bu, 3 xalı düşündüyümüzdən xəbər verir. Vərəqə cəzaları olan (Etto, Vüqar Mustafayev) və 3 zədəli futbolçunun (Rauf Əliyev, Namiq Ələsgərov və Elvin Məmmədov) yoxluğu bizə böyük problem yaradacaq. Belədə heyəti müəyyənləşdirmək çətindi. Hətta komandamda ehtiyatda oturmaq üçün oyunçu çatışmazlığı var. Ancaq bu, özümə bəraət qazandırmaq kimi çıxmasın. Bütün bunlar “Bakı”nın səfərdə müdafiəmeylli oyun göstərməsini şərtləndirmir. Yox, yox, komandam heç vaxt bu cür çıxışa meyl etməyəcək. Əksinə, ilk dəqiqələrdən üstünlük qazanmağa çalışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30