20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Ramil Əliyev: yubiley oyununda yubiley qələbə

 

Topaz Premyer Liqasının 26-cı turunda "Kəpəz”ə qarşı oyunda qələbə qazanan "Rəvan" baş məşqçi Ramil Əliyevə yubiley hədiyyəsi etmiş oldu. Futboxleber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son matç gənc mütəxəssis üçün ikiqat yubileylə yadda qaldı.
 
Belə ki, "Kəpəz”lə oyun baş məşqçi Ramil Əliyevin baş məşqçi kimi 90-cı görüşü oldu. Söhbət onun çalışdığı klublarda çalışdırdığı əsas komandalardakı oyun sayından gedir. 2008-ci ildə I diviziondan elitaya komanda çıxarmış ən gənc məşqçi kimi futbol tariximizə düşən Əliyevin cari mövsümün gedişində təyinat aldığı "Rəvan”dan öncəki karyerası sırf MOİK ilə bağlıdır. Hazırda Premyer Liqa tarixinin ən gənc baş məşqçisi sayılan Ramil Əliyev MOİK-dəki 80-nin üzərinə "Rəvan”dakı 10-u da gəlib 90-a çatdı. Göründüyü kimi, "Kəpəz”lə matç Ramil bəy üçün "Rəvan”dakı 10-cu görüş olub, yəni bu da bir yubileydir.
 
Daha bir yubiley onun bu matçlarda əldə etdiyi qələbə sayı ilə bağlıdır. Belə ki, 26 yaşlı Əliyev baş məşqçi kimi 90-cı görüşündə 30-cu zəfərinə sevindi. Ümumiyyətlə, gənc mütəxəssis 90 oyunda 30 qələbə, 15 heç-heçə və 45 məğlubiyyət görüb. Onun çalışdırdığı komandalar 88 dəfə rəqib qapısına yol tapıbsa, qapısından 140 qol buraxıb. Kubokdakı 7 oyunu çıxsaq, bu müddətdə Əliyevin komandaları 102 xal toplayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30