25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Rəvan” və kapitanı 50-yə çatdı

 

"Rəvan” Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində aprelin 12-də "Kəpəz”lə qarşılaşdı. Futbolxeber.az-ın məlumatına görə, görüş və onun nəticəsi bir sıra maralı məqamlarla əlamətdar oldu.
 
İlk öncə "Rəvan”ın ikinci mövsümünü keçirdiyi Premyer Liqada ilk dəfə ardıcıl 4 qələbə qazandığını vurğulamaq lazımdır. Amma ümumilikdə klub tarixində 10 ardıcıl qələbənin qazanıldığı dövr olub: 2010/11 mövsümündə - komanda I divizionda mübarizə apararkən 5-14-cü turlar aralığında dalbadal zəfərlər əldə olunub. Amma ardıcıl 3 böyükhesablı qələbə indiyə qədər heç vaxt olmamışdı. Bu mənada "Kəpəz”lə oyunda "Rəvan” özü üçün bir ilkə imza atdı. Belə ki, daha öncə "Turan” (6:2) və "Sumqayıt” (3:0) darmadağın edilmişdi.
 
2013-cü ildə çempionatda keçirdiyi 8 oyunda 6-cı qələbəsini bayram edən "Rəvan” "Kəpəz”i 3 dəfə meydanın mərkəzinə dəvət etməklə bu il rəqib qapılarından keçirdiyi topların sayını 20-yə çatdırdı. Bu isə göstərilən dövrdə elita komandaları arasında ən yaxşı nəticədir. Komanda bu il meydana çıxdığı oyunların hamısında qol vurmağı bacarıb.
 
Ötən mövsüm Premyer Liqadakı debüt ilində 32 oyuna 10 qələbə qazanmış "Rəvan” bu dəfə artıq 26 tura "planı” doldurdu. Eyni zamanda keçən mövsüm evdə 5 qələbə qazanmış komanda "Kəpəz”lə oyunda cari mövsüm doğma divarlar arasında 5-ci zəfərini bayram etdi. Cari mövsümün 10-cu qələbəsi "Rəvan”ın Premyer Liqadakı 20-ci uğuru olmaqla yanaşı, komandanın tarixi ərzində çempionatlarda qazandığı 50-ci qələbə oldu. Belə ki, ötən mövsümün 10 qələbəsindən öncə I divizionda 2 "futbol ili”nə düz 30 zəfər əldə edilmişdi.
 
50 ilə bağlı daha bir yubileyi kapitan Tural Axundov qeyd etdi. Belə ki, o, Premyer Liqada "Rəvan” forması ilə 50-ci görüşünə çıxmışdı. Bu baxımdan yalnız Samuel Barlaydan (51 oyun) geri qalan "8” nömrə "quru” oyunla özünə hədiyyə etmiş oldu.
 
Əsas qolçu Xuan Manuel Varea isə "Kəpəz”lə oyunda dubla imza atmaqla cari mövsüm 13-cü, 2013-cü ildə isə 7-ci qoluna sevindi. Bombardirlər yarışında 3-cü sırada qərarlaşan argentinalı qoleador ikinci göstərici üzrə liderdir. Belə ki, bu il hələ çempionatda 7 qol vuran futbolçu yoxdur. Onun ən yaxın izləyiciləri litvalı yarımmüdafiçi Mindauqas Kalonas, Marius Pena (Bakı), Nikolas Kanales (Neftçi) və Junior Franko Nildodur (AZAL) ki, bu futbolçular hərəyə 6 dəfə rəqib qapısına yol tapıb.
 
Artıq 15 oyundu heç-heçə etməyən komanda üçün "Kəpəz” üzərindəki qələbə həm də elitada qazanılmış xalların 75-ə çatmasına görə əlamətdar oldu. Cari mövsüm hesabında 34 xal olan "uçan aslanlar” Premyer Liqadakı debüt mövsümündə 41 xal toplamışdı. Komanda eyni zamanda elitada vurduğu qolların sayını da 75-ə çatdırdı. 12 oyundan sonra qola sevinən Tofiq Mikayılovun vurduğu son top 75-ci oldu: hazırda hesabında 36 qol olan komanda ötən mövsüm 39 dəfə fərqlənmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30