Ölkə futbolu
Hüseyn Cəbrayıloğlu: “Çıxıb qolları da mənlə Höccət Hacıyev vurası deyilik ki?”
"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun müsahibəsi.
- "Xəzər Lənkəran"da çalışmağınızın bir ili tamam oldu. Bu bir il ərzində hansı çətinliklərlə qarşılaşdınız?
- Hər bir işin müəyyən çətin tərəfi olur. Amma gözəl bir kollektivdə çalışıram və qarşıya çıxan çətinlikləri adlaya bilirəm. Bir də işdə elə də böyük çətinliklərlə qarşılaşmamışam. Futbol klubunda hər bir sahə nəticəyə bağlıdır.Əgər uğur varsa bütün işlər rahatlıqla davam edir.Əksinə olduqda isə ən böyük yük də mətbuat xidmətinin üzərinə düşür.
- Klubda çətinliklərə düşəndə yenidən "Futbol+"də çalışmaq arzusunda olmusunuz?
-"Futbol+" Azərbaycan futbolu üçün böyük bir dəyərdir. Hər hansı çətinlik qarşıma çıxanda yox, bəzi hallarda yenə yazmaq istəyirsən,ürəyini boşaltmaq aclığını hiss edirsən. Bax, o zaman qəzet üçün darıxırsan. Etiraf edim ki, məndən sonra "Xəzər Lənkəran"ın problemlərini, düşdüyü vəziyyətin səbəblərini mənim kimi düzgün qiymətləndirən yazıya rast gəlməmişəm. Xahiş edirəm, bu fikri düzgün anlasınlar. Sadəcə yazılan yazılar tam səbəbləri ortaya çıxara bilmir. Məsələn, Gəncədə "Futbol+"in bölgə müxbiri var - Azad bəy, burdan Gəncəyə bir vaqon jurnalist gedib orada bir ay qalıb Gəncə futbolu haqqında araşdırma yazısı yazsaq, yenə Azad kimi həqiqəti ortaya çıxara bilmərik. Lənkəranda belə... Bəzi məqamlarda həmkarlarımın yazıları ilə ürəyimdə qətiyyən razılaşmıram. Çünki, nəinki “10-luq”, heç “5-liy”i hədəf ala bilmirlər.
- Klublarımızda çalışan mətbuat katiblərindən media ilə ən sıx əlaqədə olan insanlardansınız. Maraqlıdır ki, siz onlarla həmişə səmimi olmusunuz? Yəni klub işçisi olaraq hansısa həqiqəti gizlətmisiniz?
-İlk gündən media ilə sıx ünsiyyətdə olmuşam. İş o yerə çatıb ki, gecə 1-ə işləmiş belə hansısa jurnalist zəng edib xəbər soruşub. Bir əlimdə qaşıq digərində telefon jurnalistin suallarına cavab verdiyim o qədər anlar olub ki... Heç istəməmişəm kimsə düşünsün ki, aa, Hüseyn telefonumu açmadı. Bizim dillə desək "ən yağlı" xəbəri dostum, xətrini sevdiyim jurnalist üçün saxlamamışam. Kim birinci zəng edib həmin xəbər qisməti olub. Yalan? Bu işin qaydası belədir ki, klubun mənafeyi baxımından istisna hallarda yalan danışmağa məcbursan. Amma yalan deyəndən sonra həqiqəti də demişəm - bax, əslində belədir. Amma məcburam belə deyirəm. Qarşımdakı jurnalist də səmimiyyətimi anlayıb, xəbərin elə rəsmi tərəfini verib.
- Sizin "Xəzər Lənkəran"da ən böyük əməyiniz klub cangüdənləri ilə jurnalistlər arasında münasibəti qaydaya salmaq olub. Növbədə daha hansı problemlərin həlli qalır?
- Təkcə "Xəzər Lənkəran"da yox, ölkəmizin bütün sahələrində çalışan mühafizəçilərlə insanların problemləri yaşanır. Çünki, bu ölkədə Mühafizə Məktəbi varmı? Yox! Əgər görünüşün, idmançı olmağın yetirsə, mühafizəçi kimi çalışa bilərsən. Belə də onlarda düzgün düşünə bilmir, ünsiyyət qura bilmirlər. İlk gündən "Xəzər Lənkəran" stadionuna gələn hər bir jurnalisti özüm qarşılayıram. Yaxud, kimsə qapıda deyəndə ki, jurnalistəm mənə məlumat verirlər və mən gələnə qədər mühafizəçi nəzakətlə ona gözləməsini xahiş edir. Bu yolla çoxdan olan narazılıqları aradan qaldırdıq. Bir ara hətta bir oyunda baş verən insidentə görə mənə çamur atmaq istəsələr də yapışmadı... Sualınızı konkretləşdirsəm, mətbuat xidməti sahəsində bacardığım qədər problemlərin yaşanmamasına çalışacağam. Digər sahələrə də əlim çatdığı qədər kömək etməyə həmişə hazıram.
- "Xəzər Lənkəran" haqqında mətbuatda gedən xəbərləri ilk olaraq klubda kimə göstərirsiniz?
- Gündəlik xəbərləri hər gün baş məşqçiyə çatdırıram. Müxtəlif məsələləri ehtiyac olanda qısaca müzakirə edirik. Çünki, Dənizli ölkəmizi, futbol adamlarını hələ yaxşı tanımır. Maraqlı bir şey deyim - Lənkəranda "Böyük oyun"dan öncə Dənizli məndən Böyükağa Hacıyevi soruşdu. Yəni, oyunla bağlı öncədən mətbuata nə danışır,nələr söyləyir? Mən də dedim ki, sizi "Böyük qardaş" adlandırır.Amma siz işinizi ehtiyatlı tutun, əgər Lənkəranda qalib gəlsə elə şeylər danışacaq ki, camiəmizdə heç kəs əsəbindən bir ay yatmayacaq.
- "Xəzər Lənkəran"ın son vaxtlar uğursuz çıxışı nə ilə bağlıdır? Sizin əlinizdə imkan olsa idi, ilk öncə nəyi dəyişərdiniz?
- "Xəzər Lənkəran"ın düşdüyü vəziyyətə görə klub rəhbərliyində günah görmürəm. Hə, nə işimdən, nə də kimdənsə çəkincəyim bir şey var. İstənilən oyun sonrası mətbuat konfransında media nümayəndələri durub Dənizliyə sual verisnlər - Bəlkə onun işinə müdaxilə edən var, yaxud bir dediyi iki olur? AZAL-a, "Rəvan"a öndə olarkən rəhbərlik məğlub olmayıb ki? Transfer zamanı rəhbərlik yox, bu futbolçunu mütləq almalısan deyibsə Dənizli desin deyilib. Bu gün ehtiyatda oturan və Azərbaycanın hazırda ən bahalı futbolçusu Elias Ribeyronu da baş məşqçimiz istəyib. Gənc olmasına rəğmən fantastik əmək haqqına klubumuza cəlb olunan və hələ bir oyunda meydanda olmayan Orxan Əliyevi də baş məşqçimiz istəyib. Demək istəyirəm ki, nəticələrə ən çox üzülən də rəhbərlikdir. Pulu xərcləyən o insanlardır. Yayda İsrailə səfərə gedərkən məcburiyyətdən "Gənclik"də tanımadığım bərbərə saçımı kəsdirdim. 10 manat başa gələn saç quruluşunu bəyənmədiyim üçün bu günə qədər həmin bərbəri ürəyimdə qınayıram, ona əsəbləşirəm. Qardaşım, indi bu insanlar 10 manat yox e, milyonlarını xərcləyir və necə ola bilər ki, nəticələrə üzülməsinlər? Azərbaycanda hansı klub oyuna iki gün qalmış matçın keçiriləcəyi stadiona yaxın yerdə otelə yerləşir? AZAL-la oyun öncəsi "Şeraton" otelinə yerləşdik ki, stadiona yaxin olsun. Yəni, bunu Mustafa hocamız istəmişdi. Həmin otelə xərlənən pula bizdə bir çox klub iki-üç futbolçu transfer edir. Bütün bu rahatlığı yaradan da rəhbərlikdir. İndi çıxıb qolları da mənlə Höccət Hacıyev vurası deyilik ki?
- Jurnalist kimi lənkəranlı azarkeşlərin arasında çox olmusunuz. Belə çətin bir zamanda fanatlara hansı məsləhəti verə bilərsiniz?
- Məni Hüseyn Cəbrayıloğlu edən "Xəzər Lənkəran" camiəsi olub. Düzlüyüm, əqidəm, obyektiv yazılarım məni bu insanlara sevdirib. Heç vaxt o sevgiyə xəyanət etmərəm. Onlara hər hansı məsləhət verməyə də gərək yoxdur. Çünki, bu insanlar həqiqəti həmişə yaxşı görüblər. Azarkeş kimi nə olsa belə komandanın yanında olmalarını istərdim. Belə olanda biz daha əzəmətli görünürük.
- Bizə vaxt ayırdığınız üçün təşəkkürlər. İnşallah, növbəti müsahibəni "Xəzər Lənkəran"ın Çempionlar Liqasındakı çıxışına görə sizdən alım.
- Siz sağ olun ki, bu işdə bir ilimin tamam olmasını diqqətdə saxlamısınız. Səmimi olaraq sizinlə ürəyimdə olanları paylaşdım.
sportarena.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
13:45
"Neftçi"nin iki futbolçusu "Zirə"yə qarşı oynamayacaq
-
13:19
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
-
13:04
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib
-
12:53
“Qəbələ” “Qarabağ”, “Zirə” “Neftçi” səfərində
-
12:31
Ayxan Abbasovun həqiqətləri
-
12:00
Sərtan Taşkının komandası səfərdə qalib gəldi
-
11:48
"Atletik" öz meydanında büdrədi VİDEO
-
11:27
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
-
11:15
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
11:03
“Traktor” səfərdə uduzdu
-
10:52
"Ayntraxt"ın qələbəsi VİDEO
-
10:39
Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
-
10:24
"Latsio" 3 xalı tək qolla qazandı VİDEO
-
10:11
Orxan Məmmədov “Neftçi” ilə oyundan öncə “Zirə”ni tək buraxmadı FOTOLENT
-
09:48
"Beşiktaş" "Ankaragücü"nü məğlub etdi VİDEO
-
09:30
"Qəbələ"nin 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza