Ölkə futbolu
AFFA prezidentindən şok açıqlama
AFFA İcraiyyə Komitəsinin bu il martın 7-də keçirilmiş iclasında lisenziya tələblərinə uyğun olacağı təqdirdə 2014-15-ci il mövsümündən Azərbaycan Premyer Liqasının 12 komandanın iştirakı ilə keçirilməsinin müzakirə olunması barədə qərar qəbul olunmuşdu. Futbolxeber.az-ın məlumatına görə, ötən müddət ərzində görülmüş işlərlə bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayev affa.az saytına fikirlərini bildirib:
"Mövsüm sona yaxınlaşdıqca mübarizə daha da gərginləşir. İstər çempionat oyunlarında, istərsə də kubok uğrunda qarşılaşmalarda maraqlı və gərgin rəqabətin şahidi oluruq. Cari mövsümü mükafatçılar sırasında hansı komandaların başa vuracağı ilə yanaşı, futbol ictimaiyyətini və azarkeşləri növbəti çempionatda Premyer Liqada neçə klubun çıxış edəcəyi də ciddi maraqlandırır. İcraiyyə Komitəsinin bu il martın 7-də keçirilmiş son iclasında növbəti mövsüm Azərbaycan Premyer Liqasında 12 komandanın iştirak edə biləcəyi ilə bağlı qərar qəbul olunub. Lakin həmin qərarda çox vacib bir məqam da xüsusi vurğulanıb ki, elitada komandaların sayının artırılması I diviziondan yüksək liqaya çıxmaq istəyən hər hansı klubun lisenziyalaşdırma ilə bağlı bütün tələblərə cavab verə biləcəyi halda mümkün olacaq. Əlbəttə, AFFA rəhbərliyi ölkə çempionatının yüksək liqasında komandaların sayının daha çox olmasını arzulayır. Amma bu arzunun gerçəkləşməsi üçün klublarda mövcud qaydalara, xüsusilə lisenziya tələblərinə uyğun müvafiq işlər görülməlidir. Təəsüf ki, bu sahədə vəziyyət arzuladığımız səviyyədə deyil. 2014-2015-ci ildə Azərbaycan Premyer Liqasında çıxış etmək istəyən klublar üçün lisenziyalaşdırma prosesi bu il aprelin 30-da başa çatacaq. AFFA-nın baş katibliyinin verdiyi məlumata görə, bu günə qədər I divizion klublarından yalnız "Araz-Naxçıvan" lisenziya tələblərinin böyük əksəriyyətini yerinə yetirib və elitada çıxış edə bilmək üçün maliyyə zəmanətini də təqdim edəcəyi halda, Premyer liqada çıxışına lisenziyalaşma baxımından hər hansı problem olmayacaq. Baş katibliyin lisenziyalaşdırma ilə bağlı proqnozuna görə, digər I divizion klublarının bu sahədə müxtəlif meyarlarla bağlı çatışmazlıqları çoxdur və qalan qısa müddət ərzində onların aradan qaldırılması o qədər də inandırıcı görünmür. Belə olacağı təqdirdə, İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında qəbul olunmuş qərara uyğun olaraq, 2014-2015-ci il mövsümündə I diviziondan Azərbaycan Premyer Liqasına 1 komanda yüksələcək və müvafiq olaraq, cari mövsümün yekunlarına əsasən, yüksək liqada turnir cədvəlinin sonuncu pilləsini tutan klub I diviziona düşəcək. Başqa sözlə, Azərbaycan Premyer Liqasında çıxış edən klubların sayı cari mövsümlə müqayisədə dəyişməyəcək. Təbii ki, klubların sayının artmasını istəyirik, ancaq kəmiyyəti artırmaqla keyfiyyəti azaltmaq olmaz. Premyer Liqada çıxış edən bütün klublar ölkədaxili, eləcə avrokubok oyunları üçün lisenziyalaşdırma tələblərini yerinə yetirməyi bacarmalıdır. Bu, UEFA klub yarışlarında çıxış edən klublarımızın hər hansı problemlə üzləşməməsi üçün çox vacib məsələlərdən biri, hətta birincisidir".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Zirə” və “Birbaşa Bakı”dan növbəti qələbə
- “Ağ-qaralar”ın “Black Friday”i
- Azərbaycan derbisinə sözardı
- Fariz Nəcəfov: “Razı olmaram ki, “Qəbələ”yə görə idman prinsipləri pozulsun”
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı olub
- ETOPAZ - uduşun təminatı!
- “Zirə”dən alqışlanası addım
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Rövnəq Abdullayev Ağsu şəhər stadionuna baxış keçirib
- Şahin Diniyev: “Nəticə baxımından uduzduq, oyun baxımından deyil”
- Yaşar Seyidov: “Yeni dövlət proqramı futbolun inkişafına zəmin yaradacaq”
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- "Açığı, mən də düşünürdüm ki, Azərbaycan çempionatında "bir ayaqla" oynayacam"
-
17:56
Ağırlıqqaldıranlar üçün antidopinq seminarı keçirilib
-
17:45
Azərbaycan Premyer Liqasında 4 oyun üçün hakim təyinatları
-
17:24
Millimizin braziliyalı baş məşqçisi Avropa çempionatına vəsiqəni hədəfləyir
-
17:09
“Səbail” növbəti mövsümə aşağı diviziondan başlayacaq?
-
16:32
"Böyük İpək Yolu"nun qalibi: "Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi"
-
16:11
“Qarabağ” qızıl medalları bu tur təmin etsə, çempionluq kubokuna nə vaxt qovuşacaq?
-
15:53
Azərbaycan boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb
-
15:07
Azərbaycan millisinin baş məşqçisi: "Komandamızın səviyyəsini gördük"
-
14:28
"Neftçi"nin heyətində 2 itki
-
14:00
"Turan Tovuz" məşqlərini davam etdirir FOTOLENT
-
13:46
Azərbaycan millisinin Avropa çempionatında potensial rəqibləri məlum olub
-
13:34
Millimizin kapitanı: “Azərbaycan xalqı bizdən nəticə gözləyir”
-
13:15
Ağabala Ramazanov qayıtdı - FOTO
-
12:57
"Sumqayıt"da üzlər gülür FOTOLENT
-
12:39
Azərbaycan minifutbol çempionatı: 1/4 final cütləri müəyyənləşib
-
12:25
Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər
-
12:12
Millimizin üzvü İndoneziya klubunda
-
11:58
Azərbaycan millisi "Qalatasaray"a qalib gəlib
-
11:03
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
-
10:46
Minifutbol çempionatı: pley-offun bütün iştirakçıları müəyyənləşdi
-
10:24
"Zirə"nin hücumçusu Burkino Fasoya qarşı oynadı
-
10:11
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub FOTOLENT
-
09:59
Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib
-
09:47
"Neftçi" "Qəbələ" səfərinə hazırlaşır FOTOLENT
-
09:30
Azərbaycan cüdoçuları Almaniyada təlim-məşq toplanışlarına qatılıblar
-
18:07
“Neftçi”yə lazım olmayan hücumçu "Mölde"də
-
17:51
"Selcan Mahsudovanın uğuru bizi qürurlandırır"
-
17:25
Azərbaycan millisi beynəlxalq turniri 9 medalla başa vurub
-
16:48
Hakimlər üçün seminar keçirilib
-
16:36
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
-
16:19
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
-
16:13
AFFA hakimin şərəf və ləyaqətini alçaldan məşqçini futboldan uzaqlaşdırdı
-
15:54
"Şəmkir"in futbolçusundan baxımlı qol VİDEO
-
15:22
Azərbaycan gimnastı: “Olimpiadaya lisenziya qazanmaq uşaqlıq arzum idi”
-
15:01
Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb
-
14:48
Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
-
14:35
Azərbaycan Voleybol Federasiyası daha bir layihəyə başlayacaq
-
14:17
II Liqada 5 turun oyun cədvəli açıqlandı
-
13:56
PFL rəsmilərinin son durumu açıqlandı
-
12:20
IV Avropa Oyunları İstanbulda keçiriləcək
-
11:49
"Azərreyl"in üzvü: "Hədəfimiz pley-offda uğurumuzu davam etdirməkdir"
-
11:32
Lunyov: “2-5 mövsüm yaxşı səviyyədə oynaya bilərəm”
-
11:14
"Zirə"dən ardıcıl 15-ci qələbə
-
10:51
AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
-
10:28
Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
-
10:03
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
-
09:47
Benzia bu dəfə dubl etdi VİDEO
-
09:30
Gürcüstanın tarixi qələbəsi VİDEO
-
21:24
Millimiz Ukrayna ilə bacarmadı VİDEO
-
18:48
Samir Əliyev: "Mənim yerimdə kim olur-olsun, çətin məsələdir"