18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Simurq”a texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

27 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Sumqayıt” - AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

29 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “İnter” - “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

30 mart 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXIII turunun “Bakılı” - “Mil-Muğan” matçının 51-ci dəqiqəsində “Bakılı” klubunun 14 №-li futbolçusu Əli Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

30 mart 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXIII turunun “Qaradağ Lökbatan” - “Araz Naxçıvan” oyunun 88-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 30 №-li futbolçusu Taleh Muradov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

30 mart 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXIII turunun “Ağsu” - “Karvan” matçında hər iki klubun 4 futbolçusu sarı ilə vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 23-cü dəqiqəsində “Karvan” klubunun 6 №-li futbolçusu Ceyhun Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

23 mart 2014-cü il U-19 Liqasının “Sumqayıt” - “Qarabağ” matçının 22-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Məcid Xəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

19 mart 2014-cü il U-19 Liqasının “Rəvan” - “Qarabağ” matçı başa çatdıqdan sonra “Qarabağ” klubunun futbolçusu Ruslan Hacıyev hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalanır (maddə 42.3).

24 mart 2014-cü il Bakcell U-17 Liqasının “Xəzər Lənkəran” - “Rəvan” matçının 49-cu dəqiqəsində “Rəvan” klubunun 6 №-li futbolçusu Murad Nəsirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 68-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 3 №-li futbolçusu Pərviz Məmmədli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

Oyunun 77-ci dəqiqəsində “Rəvan” klubunun baş məşqçisi Elnur İmamquliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).

Oyun başa çatdıqdan sonra “Rəvan” klubunun 13 №-li futbolçusu Qurban Hüseynli və 14 №-li futbolçusu Emil Yadayi hakimləri təhqir etdiyi üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

25 mart 2014-cü il U-16 Liqasının “Qarabağ” - “Simurq” matçının 80-ci dəqiqəsində “Simurq” klubunun 7 №-li futbolçusu Ayaz Hazmanov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

Oyunun 80+2-ci dəqiqəsində “Simurq” klubunun 5 №-li futbolçusu Mehman Qədirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

“Simurq” klubunun 17 №-li futbolçusu Elmar Əliyev matçı buraxmalı olduğu halda oyunda iştirak etdiyi üçün “Simurq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

30 mart 2014-cü il U-14 Liqasının “Sumqayıt” - “Xaçmaz” matçında “Xaçmaz” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

29 mart 2014-cü il U-14 Liqasının “Daşqın” (Zaqatala) – “Simurq” matçında “Daşqın” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

29 mart 2014-cü il U-14 Liqasının “Qoşqar” – UGİM (Ağstafa) matçının 42-ci dəqiqəsində “Qoşqar” klubunun 8 №-li futbolçusu Fərid Salamzadə ilə UGİM klubunun 4 №-li futbolçusu Şirxan Əlləzov biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).

29 mart 2014-cü il U-14 Liqasının UGİM (Top-Qapı) – UGİM (Mingəçevir) matçının 10-cu dəqiqəsində UGİM (Top-Qapı) klubunun 4 №-li futbolçusu Zöhrab Əsədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

29 mart 2014-cü il U-14 Liqasının “Qəbələ” – “Simurq” matçının 25-ci dəqiqəsində “Qəbələ” klubunun 5 №-li futbolçusu Arsen Ağcabəyov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).

30 mart 2014-cü il Coca-Cola U-13 Liqasının “Daşqın” (Zaqatala) – “Simurq” matçında “Daşqın” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

30 mart 2014-cü il Atena U-12 Liqasının “Bakı” – “Todo” matçında “Todo” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Klub 3 dəfə oyunlarda iştirak etmədiyi üçün yarışlardan kənarlaşdırılır (maddə 56).

29 mart 2014-cü il U-11 Liqasının “Xaçmaz” – “Şirvanovka” matçında “Şirvanovka” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

30 mart 2014-cü il U-11 Liqasının “Məhsul” (Zərdab) – “Göyçay” matçında “Məhsul” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

29 mart 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qəbələ-2” – “Çağırğan” matçının 70-ci dəqiqəsində “Çağırğan” klubunun 4 №-li futbolçusu Bəhruz Şirinov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

29 mart 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Bayıl Rovers” – “Şirvan” matçı əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırılmışdır. Bu səbəbdən, oyun dayandırıldığı yerdən davam etdirilsin.

27 mart 2014-cü il futzal üzrə Azərbaycan çempionatının “Baku Fire” – “Baku Flames” matçının 34-cü dəqiqəsində “Baku Flames” klubunun 11 №-li futbolçusu Samir Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

16 mart 2014-cü il futzal üzrə Azərbaycan birinciliyinin “Khazar İslands” – NTD matçının 21-ci dəqiqəsində “Khazar İslands” klubunun 1 №-li futbolçusu Anar Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 28-ci dəqiqəsində NTD klubunun 25 №-li futbolçusu Vüqar Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

Oyunun 28-ci dəqiqəsində “Khazar İslands” klubunun məşqçisi Elnur Qəmbərov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).

16 mart 2014-cü il futzal üzrə Azərbaycan birinciliyinin “Spartak” – “Neftçi-2” matçının 30-cu dəqiqəsində “Neftçi-2” klubunun 9 №-li futbolçusu Orxan Fərmanlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

30 mart 2014-cü il futzal üzrə Azərbaycan birinciliyinin “Çingiz” – “Milenium” matçının 4-cü dəqiqəsində “Çingiz” klubunun 27 №-li futbolçusu Anar Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

28 mart 2014-cü il həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin “Qarabağ” – “Zirə” matçının 50-ci dəqiqəsində “Qarabağ” klubunun 11 №-li futbolçusu Ceyhun Məmmədov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

30 mart 2014-cü il həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin “Mando” – “Seniors” matçının 77-ci dəqiqəsində “Mondo” klubunun 99 №-li futbolçusu Samir Abdullayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

30 mart 2014-cü il həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin “Vebtek” – “Montin” matçının 40-ci dəqiqəsində “Veptek” klubunun 5 №-li futbolçusu Samir Vəlizadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30