20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Mikayil Nərimanoğlu “216 min manat məsələsi”nə aydnliq gətirdi

“FUTBOL DÜNYASI”NA AYRILAN PULUN YARIDAN ÇOXU HARA XƏRCLƏNİB?

Martın əvvəllərində AFFA 2013-cü ilin maliyyə hesabatını verdi. Hesabat zamanı qurumun rəsmi orqanı olan “Futbol dünyası” qəzetinin illik xərcinin 216 min 147 manat təşkil etməsi media nümayəndələri, o cümlədən bəndənizin təəccübünə səbəb olmuşdu. Araşdırma aparmaq qərarına gəldim və həftədə 3 dəfə nəşr olunan qəzetin illik nə qədər xərc tələb etdiyini hesabladım. Məlum oldu ki, 2500 tirajla nəşr olunan qəzetin təxminən 40 min manat mətbəə xərci var. Çap ən çox xərc tələb edən prosesdir. Nəyə görə 2500? Əldə etdiyim məlumata görə “Futbol dünyası”nın tirajı məhz bu qədərdi. Amma bilinməyən səbəbdən tiraj qəzetdə göstərilməyib. İşçilərin maaşlarını, vergi ödəmələrini, dəftərxana ləvazimatını, icarə haqqını, kommunal xərcləri və s. hesablayanda illik büdcə 100 min manatı keçməməlidir. Üstəlik, “Futbol dünyası” AFFA-nın inzibati binasında yerləşdiyindən icarə haqqı və kommunal xərclərdən azaddır. Götürək “Futbol dünyası”nın illik xərci maksimum 100 min manatdı. Bəs, yerdə qalan 116 min 147 manat nəyə xərclənib? Bununla bağlı AFFA-nın sözçüsü və eyni zamanda “Futbol dünyası”nın baş redaktoru Mikayıl Nərimanoğlu ilə görüşdüm. Müsahibim bu qədər məbləğin hara xərclənməsinə aydınlıq gətirməyə:

- Həmin məbləğin 42 min manatı qəzetin mətbəə xərclərinə, təxminən 29 min manatı sosial müdafiə fonduna, 12 min manatı 2012-ci ildən qalan qalıq borcların ödənilməsinə, 8 min manata yaxın hissəsi isə abunələrə sərf olunub. Bu elədi təxminən 90 min manat. Xırda-para digər xərcləri nəzərə almasaq, yerdə qalan 126 min manata yaxın məbləğ maaş, qonorar və ezamiyyə xərclərinə sərf olunub.

- Əvvəl gəlin mətbəə xərclərindən başlayaq. Qəzetin tirajı qədərdir?

- Müxtəlif olur. Elə olub ki qəzet 2500 tirajla nəşr olunub. 15 min tirajla çap olunan nömrələr də var.

- Bəs nəyə görə, tiraj göstərilmir. Məndə olan məlumata görəFutbol dünyasının tirajı 2500 nüsxədir.

- Tirajın tez-tez dəyişməsinə görə.

- Amma bunun məsələyə heç bir dəxli yoxdur. Səhifə

hər dəfə tirajı yazmaq məncə o qədər vaxt aparmır. Bilirsiniz bunu nəyə görə söylədim? Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, qəzetlər tirajı göstərməməklə süni şəkildə artırmaqla xərclərin çoxalmasına şərait yaradırlar. Bu, rentabelliyin azalmasına vergi orqanların daha az məbləğ köçürüsməsi üçün edilir. Bundan başqa belə ola bilər - tirajı süni şəkildə artırmaqla mətbəənin hesabına əlavə pul köçürülür sonradan həmin pulun bir hissəsi redaksiyaya qaytarılır. Bu, əsasən dövlət orqanları tərəfindən maliyyələşən xərcləri bank vasitəsilə ödəyən qəzetlərə aiddir...

- Belə hal “Futbol dünyası”nda ola bilməz. Əgər kimdəsə bu barədə fakt varsa, buyursun qoysun ortaya.

- Təəssüf ki, belə fakta əldə etmək demək olar ki, mümkün deyil. Bəlkə, 100 min manatdan çox pulun ezamiyyə xərclərinə ayrılmasından danışasınız?

- Bizim sporsorlarımız var. AFFA ilə müqavilə bağlananda ora belə bir bənd əlavə olunub ki, “Futbol dünyası”nda onların reklam bannerləri yerləşdiriləcək. Bu reklamlarla qəzet özünün xərcini ödəyə bilir. Həmin reklam pulları AFFA-nın hesabına köçürülür. Daha açıq izah edim. Bizim sporsonlarımız - Baksell, Atena, Coca-cola sporsorluq müqaviləsi bağlayanda qarşımızda belə bir tələb qoyub ki, onların keçirdikləri liqaların oyunlarından xəbərlər və fotoreportajlar qəzet səhifəsində yerləşdirilməlidi. Bunu etmək üçün işçilərimizi rayonlara ezamiyyətə göndəririk. Onların otel, nəqliyyat, yemək xərcləri hamısı qəzetin adına yazılır. Bu işləri görməyə xərcimiz çıxır, amma həmin sponsorun ödədiyi məbləğlə müqayisədə bu, çox azdır. Məsələn, Azərselin ödədiyi 524 min manat təxminən 24 mini görülən işin işıqlandırılması və lori dildə desək, sponsoru razı salmaq üçün onların gördüyü işlərin qəzet səhifəsində işıqlandırılmasına sərf olunur. Keçək əməkdaşlarımızın xarici ölkələrdəki ezamiyyətlərinə. Onların bütün xərcləri qəzetin adına yazılır. Bura nəqliyyat, viza, otel, ezamiyyə və s. xərclər daxildir. Məsələn, Coca-cola rayonlarda və paytaxtda keçirdiyi bütün tədbirlərdən reportajlar hazırlanmasını tələb edir. Bu, müqavilədə də öz əksini tapıb. Həftədə ən azı 2-3 yarışdan reportajlar hazırlayrıq. Başqa bir misal, Accesbank tələb edir ki, hər hansı yaş qrupu üzrə milli komandanın hansısa xarici ölkədə keçirdiyi təlim-məşq toplanışında futbolçuların geydiyi və üzərlərində bu bankın adı yazılmış formalarda keçirilən məşq proseslərini əks etdirən fotolar qəzetdə  dərc olunsun. Bunun üçün məcbur olub ən azı bir əməkdaşımızı komanda ilə birgə həmin təlim-məşq toplanışına göndərək. Belə toplanışlar, o cümlədən rəsmi oyunların sayı haqqında yəqin ki, məlumatınız var. Hamısında da əməkdaşlarımızı material hazırlamaq üçün ezamiyyətə göndəririk. Hamısını hesablayanda nə qədər xərc lazım olduğunu görərsiniz. İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında AFFA prezidenti Rövnəq Abdullayev “Futbol dünyası”na ayrılan məbləğin az olduğunu dedi. Çoxları bunu ironiya ilə qarşılasa da, bu, həqiqətdir.

- İşçilərin maaşları qədərdir? Çünki Sosial Müdafiə Fonduna ödənilən 29 min manat məbləğ bir qədər çox görünür?

- Müxtəlifdir. Orta hesabla 600-700 manatdır. Bir faktı da qeyd edim ki, bizdə 13-cü maaş da var. Ümumi maaşın 23 faizi dəyərində pul vəsaiti Sosial Müdafiə Fonduna keçirilir. 13 işçinin 13 ayda aldığı maaşları hesablayanda bu normal bir rəqəmdir.

- Mövzudan kənar bir sualım da var. AFFA-nın rəsmi orqanına klubların reklamlarının dərc olunması dərəcədə düzgündür?

- Düzdür, əvvəllər belə reklamlar var idi. Amma hazırda ancaq “Qarabağ”ın reklam banneri qalıb. Ona görə də klubdan bir qəpik də almırıq.

Söhbətdən də aydın oldu ki, 216 min pulun yarısından çoxu işçilərin maaşlarına və ezamiyyə xərclərinə sərf olunub. Bunun futbolumuzun inkişafına nə qədər xeyri dəyib-dəyməməyini deyə bilmərəm. Fakt budur ki, gələn ilki maliyyə hesabatında “Futbol dünyası”na ayrılan vəsaitin 300 min manatı keçəcəyini biləndə təəccüblənməyin. Axı, Rövnəq müəllim özü də demişdi ki, qəzetə ayrılan pul azdır.

Mikayıl müəllimlə söhbət zamanı bir məsələyə də aydınlıq gətirməyə çalışdım. Onlardan birincisi - ötən sayımızda yanvar ayında keçirilən Qranatkin turnirində  və fevralda Latviyada təşkil olunan turnirdə iştirak edən və uğursuz nəticə qazanan U-17 millisinin üzvlərinin ezamiyyə xərclərini ala bilməməsi ilə bağlı “AFFA futbolçuların pulunu kəsir” başlıqlı yazı dərc etmişdik. Mikayıl müəllim keçən dəfə olduğu kimi bu dəfə də bütün səlahiyyətlərin baş məşqçidə olduğunu və onun təqdimatına əsasən futbolçulara ezamiyyə xərclərinin ödənildiyini bildirdi. Amma bizdə olan məlumata görə, həmin yaş qrupu üzrə millinin əcnəbi klublarda forma futbolçularına gələcəkdə hər hansı bir problem yaratmamaları üçün ezamiyyə xərcləri ödənilib. Məşqçi heyətinə də həmçinin. Düzdür, Mikayıl müəllim israrla bunun baş vermədiyini bildirsə də, baş məşqçinin nəticəyə görə özünü cəzalandırması heç ağlabatan hal deyil. 

“Het-trik news”

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30