20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ” rekorda doymur

Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qəbələ”ni məğlub edən “Qarabağ” bir neçə rekorda imza atıb. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 3:0 hesablı qələbə həm mövsümün, həm də milli çempionatların tarixinə düşüb.

Mövsümün rekordu

Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan Ağdam təmsilçisi mövsümün rekordunu müəyyənləşdirib. “Neftçi” (4:1), “Bakı” (4:0), “İnter” (3:0), “Sumqayıt” (3:0) və “Qəbələ”ni (3:0) məğlub edən “Qarabağ” mövsümdə ardıcıl 5 matçda xal itirməyən ilk komanda oldu.

Qeyd edək ki, Azərbaycan çempionatlarında ən uzun qələbə seriyası “Kəpəz”ə məxsusdur - 20 qələbə.

“Neftçi”nin 18 illik rekordu təkrarlandı

“Qarabağ”ın ardıcıl əldə etdiyi 5 qələbənin hamısı böyükhesablı olub. Bununla da Qurban Qurbanovun yetirmələri Azərbaycan çempionatları tarixində ən yüksək göstəricini təkrarlayıb. 5 qarşılaşmanı ümumilikdə 17:1 hesabı ilə bitirən Ağdam təmsilçisinə qədər yalnız “Neftçi” belə nailiyyətlə fərqlənmişdi.

Toxunulmazlıqda 3-cü

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç ardıcıl 4-cü matçda qapısından qol buraxmayıb. “Quru” seriyasını 367 dəqiqəyə çatdıran Şehiçə mövsümün 3-cü göstəricinə imza atıb.

“Quru” seriyaya əsasən mövsümün rekordu isə Şehiçin komanda yoldaşı Fərhad Vəliyevə məxsusdur. Ardıcıl 5 quru oyun keçirən qolkiperin hesabında 554 dəqiqə var. Şehiç kimi 4 ardıcıl görüşdə qol buraxmayan Pavel Kapsa isə 505-də dayanıb.

1. Fərhad Vəliyev (“Qarabağ”) - 554

2. Pavel Kapsa (“Simurq”) - 505

3. İbrahim Şehiç (“Qarabağ”) - 367

4. Kamran Ağayev (“Bakı”) - 360

5-6. David Pietrzkeviç (“Qəbələ”), Pavel Kapsa (“Simurq”) - 335




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30