20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Direktor biabırçılıqdan danışdı: “Məsələ belə şişirdilməməlidir”

"Qarabağ" - "Qəbələ" matçının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunda qəribə olay yaşanıb. Futbolxeber.az-ın məlumatına görə, oyundan öncə stadionu qardan təmizləməyi düşünən arena rəhbərliyi otbiçən maşının arxasına nərdivan bağlayaraq qarı təmizləməyə başlayıb.

Publika.Az-a danışan Akif İsmayılov iradları qəbul etməyərək məsələnin şişirdildiyini bildirib: “Dünyanın heç bir yerində təmizləmə qurğusu yoxdur. Stadiona başqa  ağır avadanlıq salıb ot örtüyünü zədələmək istəmədik. Burada biabırçılıqdan söz gedə bilməz. “Qalatasaray”ın oyununda  meydan təmizlənmədi deyə oyun təxirə salındı. Hətta “Şəfa” stadionunda belə hallarda oyun təxirə salınır. Bizdə də belə olmalı idi. Amma AFFA tərəfindən bizə göstəriş gəldi ki, 15 dəqiqə içərisində stadion hazır vəziyyətə gətirilməlidir. Biz də 15 dəqiqə içərisində stadionu təmizləyib, komandaların ixtiyarına verdik”.

Akif İsmayılov komandaların narazı olub - olmaması məsələsinə də aydınlıq gətirib: “Hər iki komandadan soruşa bilərsiniz. Heç biri stadionun təmizləndikdən sonrakı vəziyyətindən şikayət etmədi. Ot örtüyündə zədələnmə olmamışdı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30