16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Reynaldo Silva: “Havadan şikayətlənmək bəhanədi”

“Qarabağ”ın hücumçusu, Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiri olan (17 qol) Reynaldo Silvanın müsahibəsi

- Qarlı havada asanlıqla 3 xala sahib oldunuz. Belə böyük hesablı qələbə gözləyirdiniz?

- Birinci hissə çətin keçdi. Qar yağdığından istədiyimiz hərəkətləri yerinə yetirə bilmirdik. Amma fasilədən sonra hər şeyi xeyrimizə dəyişə bildik. Topa daha çox sahib olduq, özümüzdə saxladıq və sonda lazım olan nəticəni əldə etdik.

- Havanın qəfil dəyişməsi komandaya nə dərəcədə mane oldu?

- Havadan şikayətlənmək bəhanədi. Çünki vəziyyət hər iki komanda üçün eyni idi. Qar kəsdikdən sonra işlərimizi qaydasına düşdü. Qollarımızı vurduq, komandamız 3 xal qazandı.

- Maraqlıdır, bu gün rahat məğlub etdiyiniz “Qəbələ”yə ölkə kubokunun 1/4 final mərhələsində uduzdunuz. Aradakı fərqi izah edə bilərsinizmi?

- Kubok oyunlarına da ciddi yanaşırdıq. Ancaq həmin vaxt oyunumuz istədiyimiz kimi alınmadı. Bu gün isə hər şey fərqli oldu. 

- Dubl etməklə vurduğunuz qolların sayını 17-yə çatdırdınız. “Qarabağ”ın bir mövsüm ərzində ən çox fərqlənən futbolçusu isə Samir Musayev olub.  Onu ötməyi düşünürsünüzmü?

- Hədəfim budur. İstəyirəm daha çox qol vurum. Amma biz bir kollektivik. Fərdi uğurdan daha çox komandanın məqsədinə çatması daha vacibdir. Yəni qolu kimin vurması yox, “Qarabağ”ın qələbə qazanması vacibdir.

- Ən yaxın izləyiciniz olan “Neftçi”ni 10 xal üstələyirsiniz. Müəyyən arxayınçılıq yaranıbmı?

- Niyə arxayınlaşaq ki? Hələ çempion olmamışıq. Mövsümün sonuna qədər eyni tempdə davam etməyə çalışacağıq.

- Qış fasiləsindən sonra əksər rəqiblərinizi böyük hesabla üstələyirsiniz. “Qarabağ” çox güclüdür, yoxsa rəqibləriniz zəifləyib?

- Mənə elə gəlir ki, çox çalışırıq. Bu gün uğur qazanmağımız rəqiblərimizin zəifləməsi ilə yox, bizim daha çox çalışmağımızla bağlıdır. Bütün komandalar güclüdürlər. Sadəcə, biz başımızı salıb, öz işimizlə məşğuluq.

 


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30