29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Böyük oyun” söhbətini yığışdırın”

“Bu oyunun şərhə ehtiyacı yoxdur, vacib olan üç xalı qazandıq. Çoxsaylı qol imkanlarından istifadə edə bilmirdik, yekunda Nfor fərqlənə bildi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev hakimlikdən şikayətlənib: “Hakimlər barəsində ümumiyyətlə danışmaq istəmirəm, cərimə meydançasında Nforu yıxdılar, təmiz penaltimiz verilmədi. Bu il buna alışmışıq. Əvvəllər deyirdilər ki, "Neftçi"ni irəli çəkirlər, amma bu gün “Neftçi”ni sıxırlar. Hesabımızda 51 xal var, öz yolumuza davam edirik. Kubokda iddialıyıq, bu komandaların içində yeganə yerli məşqçi mənəm. Bacardığımız yerə qədər gedəcəyik. Rəqibin 100 faizlik epizodu olmadı, oyun bir qapıya getdi. Mən 10 gün əvvəl demişəm ki, “böyük oyun” söhbətini yığışdırın. Bu “Böyük oyun”dan çox küçə savaşına bənzəyir. Qorxurdum ki, uşaqlar yenə nəzarətdən çıxar. “Xəzər Lənkəran”a 5 qol vuracam demişdim, deməmiş olum. 2-3 min azarkeşi stadiona buraxmadılar. Polislər azarkeşi stadion boyu qovurdu. Təzyiq necə olur? Futbola gözəllik verən azarkeşlərdir, bilmirəm ki, onları stadiona niyə buraxmırlar”.

Hacıyev komandasına qarşı təzyiqlər olduğunu qeyd edib: “Neftçi”yə qarşı böyük təzyiqlər var. Mən “Bakı” ilə oyunda hücumçunu yarımmüdafiəçi oynadırdım. Ruslan Qurbanov “Sumqayıt”la oyunda sağ müdafiəçi oynadı. Sadıq Sadıqov komandadan getsə, mən 24 saat əvvəl gedirəm. Mən yığdığım reytinqi ona borcluyam. O məni “Neftçi”yə gətirib. Cavid İmamverdiyevə inanıram, potensialını açmaq lazımdır. Bir vaxt Araz Abdullayev də indiki Caviddən güclü deyildi. Ya Cavid bezib futboldan gedəcək, ya da mən deyən futbolu oynayacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31