25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Futbolçu fabriki Tovuzdan futbolumuza daha bir töhvə

Daim yetişdirdiyi istedalı futbolçularla ad çıxaran Tovuz futbolumuza daha bir istedad  bəxş edib. Belə ki, bu gün “Turan-T”nin heyətində “Şəmkir”ə qarşı matçda iştirak edənlər arasında 15 yaşı yenicə tamam olmuş Ağazadə Abbas da olub. 10 fevral 1999-cu ildə Tovuzda anadan olan Abbas ilk rəsmi oyununa çıxıb. Pleymeyker mövqeyində çıxış edən gənc futbolçu debüt etməsinə baxmayaraq meydandakı soyuqqanlılığı, səhvsiz ötürmələri ilə tribunalara toplaşanlarında alqışını qazanıb. Oyundan sonra futbolçu təəssüratlarını bölüşüb: “İlk oyunuma çıxdığım üçün həyəcanlı idim. Məşqçilərimizə mənə şans verdiyi üçün təşəkkürümü bildirirəm. Bizlərə güvənən, irəli getməyimiz üçün hər şərait yaradan rəhbərliymizə də minnətdaram. Şans veriləcəyi təqdirdə növbəti oyunlarda da çıxış edib öz bacarığımı göstərməyə çalışacaq”.

Qeyd edək ki, “Turan-T”nin əsas heyətində aşağı yaş qrupları üzrə komandalarda özünü yaxşı tərəfdən göstərməyi bacaran bütün yeniyetmələrə şans verilir. Onların üzə çıxmasında , inkişaf etməsində və əsas komandaya yardımçı olmalarında klubda bütün şərait yaradılır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30