16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qəbələ” paytaxta yola düşdü

Martın 30-u Premyer Liqanın XXVIII turu çərçivəsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Qəbələ" doğma məkanda hazırlıqları tamamlayaraq  paytaxta yola düşüb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın Qəbələdə son məşqi bu gün səhər saatlarında baş tutub. "Qırmızı-qaralar" qarşılaşma öncəsi son məşqinə sabah saat 12:00-da "Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına mərkəzi stadionda çıxacaq. Komanda Bakıya üç itki ilə - zədəlilər İbrahima Niasse, Nikola Valentiç və Omar Kalabanesiz  yollananıb. Digər zədəli Lorenzo Ebesilionun durumuna oyun günündə aydınlıq gələcək. Zədəsi sağalan qapıçı Dieqo Kosta Silva isə artıq kollektivə qoşulub.

Xatırladaq ki, matç martın 30-u saat 18:00-da start götürəcək və “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30