25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Hər oyun başqa dünya sayılır”

“Artıq 4-cü dövrəyə gəlib çıxdıq. Oyunlar azaldıqca 3 xal qazanmaq daha çox zərurətə çevrilir. Statistik göstəricilərə əsasən “Bakı” cari mövsüm baş tutan hər 3 qarşılaşmada “Simurq”u məğlub edib. Amma bütün bunlar sabahkı görüşümüzdə heç nəyi dəyişmir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Sabah “Simurq”a qarşı keçiriləcək oyun haqda klubun rəsmi saytına danışan Pantiç Rauf Əliyev və Əfran İsmayılovun meydana çıxıb-çıxmayacağını bilmədiyini bildirib: “Futbolda hər oyun başqa bir dünya sayılır. Qazandığımız qələbələr də fərqli formalarda olub. Bu isə futbolun rəngarəngliyindən xəbər verir. Sadəcə, “Simurq”un sona qədər döyüşən və mövqelər baxımından yaxşı təşkil olunmuş komanda olmasını vurğulamaq vacibdi. Sabah Əfran İsmayılov və Rauf Əliyevin meydana çıxıb-çıxmayacağını hələ müəyyənləşdirməmişəm. Bu yöndə tələsmək düzgün deyil”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30