29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Azərbaycan kuboku: 1/2 final mərhələsi rəqəmlərin gözü ilə

 

Bu həftə Azərbaycan kubokunda 1/2 final mərhələsinin ilk oyunları keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, iki qarşılaşmadan ibarət olan mərhələ oyunlarındakı hər 2 cüt əvvəllər dəfələrlə bu yarışda üz-üzə gəlib. “Neftçi” ilə “Qarabağ” isə ümumiyyətlə ölkə kuboku tarixində ən çox qarşılaşan komandalardır. Peşəkar Futbol Liqasının rəsmi saytı qarşıdakı 1/2 finalda üz-üzə gələn cütlərin ölkə kuboku tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.

17 aprel (çərşənbə)

Azərbaycan Kuboku, 1/2 final, ilk oyunlar

“Neftçi” - “Qarabağ” 
+4=4-7, top fərqi – 11:9

9-cu dəfə kubokda yolları kəsişən rəqiblərin duellərində 5 dəfə “Qarabağ”, 3 dəfə “Neftçi” mərhələ adlayıb. Bunların birində bakılılar yarışda mübarizəni davam etdirməkdən imtina etdiyi üçün “Qarabağ” mərhələnin qalibi sayılıb. İndiyədək yalnız bir dəfə onların dueli indiki kimi yarımfinala təsadüf edib. 7 il əvvəl mərhələni 1 qolla keçən ağdamlılar sonda kuboka yiyələnib.

1993

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

2:1, 0:0

1993/94

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)*

+:-, +:-

1995/96

final

Neftçi (Bakı) - Qarabağ (Ağdam)**

3:0

1996/97

1/4 final

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

3:2, 0:1    

1998/99

1/8 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0:2, 0:0

2005/06

1/2 final

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0, 0:1

2006/07

1/8 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:2, 1:0

2008/09

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:0, 0:0

* - texniki nəticələr top fərqində nəzərə alınmayıb.

** - final oyunları neytral meydanda keçirilib.

“Bakı” - “Xəzər Lənkəran” 
+4=1-2, top fərqi – 8:7

Kubokda 5-ci dəfə bir-birinə rəqib olan komandaların hərəsi 2 dəfə cütün qalibi olub. 2 il əvvəl də yarımfinalda baş tutan qarşılaşmaların qalibi “Xəzər Lənkəran” olmuşdu. Həmin vaxt cənublular mərhələni səfər qolu ilə keçmişdi.

2006/07

1/4 final

Bakı - Xəzər-Lənkəran

0:2, 1:0

2008/09

1/4 final

Xəzər-Lənkəran - Bakı

0:1, 2:2

2009/10

final

Xəzər-Lənkəran – Bakı**

1:2

2010/11

1/2 final

Xəzər Lənkəran - Bakı

1:0, 1:2

** - final oyunları neytral meydanda keçirilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31