28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Hakimləri təhqir etməyin cəzası - 4 oyun və 400 manat

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan I Divizionunun XXII turunun “Karvan” - “Şahdağ” matçının 80-ci dəqiqəsində “Şahdağ” klubunun  məşqçisi Vahid Həşimov texniki zona qaydalarını pozduğuna görə  meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).

Azərbaycan I Divizionunun XXII  turunun “Mil-Muğan” - “Neftçala” matçının 74-cü dəqiqəsində “Neftçala” klubunun 18 №-li futbolçusu Aqşin Həşimov aqressiv hərəkətə  görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 38.1).

Oyunun 74-cü dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Rəmzi Məmmədov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31