19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Bu oyunda biz əsl “İnter”i gördük”

Dünən Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Qəbələ” - “İnter” matçında “bankirlər” səfərdə yerli komandanı 1:4 hesabıyla məğlub etdi. Futbolxeber.az-ın məlumatına görə, tribunadan matçı seyr edənlərdən biri də “İnter” komandasının direktoru Natiq Məmmədov idi. Matçdan sonra o, oyunla bağlı fikirlərini “İnter”in rəsmi saytına bölüşüb: “Öncə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirəm. Oyunla əlaqədar isə onu demək istəyirəm ki, bu qarşılaşmada biz əsl “İnter”i gördük. Komanda bu görüşü əla keçirdi və layiqli qələbə qazandı. Kubokda çıxışı dayandırdıqdan sonra komanda tamamilə çempionata köklənib. Bizi mükafat yerləri uğrunda çətin mübarizə gözləyir və göstərməliyik ki, məhz “İnter” ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri olmağa layiqdir. Komandanın qarşısında qitə miqyaslı yarışda çıxış etmək hüququ verəcək yer tutmaq vəzifəsi dayanır və biz bu məqsədə doğru addımlayacağıq. Qarşıda bizi 9 tur gözləyir və bu mərhələ, sözsüz ki, ən məsuliyyətli olacaq. Həmin mərhələni daha yaxşı keçməyə və mövsümü yüksək mövqedə yekunlaşdırmağa çalışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30