19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Kurtar: “Həftədə iki oyun oynayanda bəhanə axtarmamalıyıq”

“Üç gün öncə 120 dəqiqə futbol oynadıq. Buna baxmayaraq, komanda yorğun deyildi. Fikrimcə, bu gün daha yaxşı oynadıq. Həftədə iki oyun oynayanda bəhanə axtarmamalıyıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Güvənc Kurtar deyib.

Türkiyəli mütəxəssis hakimdən narazılığını gizlətməyib: “Komanda məğlub olsa da, futbolçularımı mübarizə əzminə görə təbrik edirəm. Artıq neçənci dəfədir ki, futbolçumuza qırmızı vərəqə göstərilir. Rəqib futbolçuların eyni hərəkətini isə hakim cəzalandırmır. Rəqibin cərimə meydançasına yaxın yerdə oyunçumuza qarşı qayda pozuntusu olur, hakim qol olar deyə cərimə zərbəsini təyin etmir. Kubok oyununa daha təcrübəli hakimin təyinat alacağına ümid edirəm. İlk qol vurulmamışdan öncə oyunçumuza qarşı qayda pozuntusu var idi. Rəqibin 32 nömrəli futbolçusu bizim oyunçudan öncə qırmızı vərəqə almalı idi. Qarşıda kubok oyunumuz olduğu üçün şeyləri gizli saxladıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30