29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Rəvan” “Neftçi” önünə itkisiz çıxacaq

“Rəvan” Azərbaycan Premyer Liqasının 27-ci turunda "Neftçi” ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, sabah "Bayıl Arena”da keçiriləcək görüş öncəsi “Rəvan” bu oyun üçün son hazırlığını da başa vurub.
 
Elə "Bayıl Arena”da baş tutan məşqdə baş məşqçi Güvənc Kurtar yetirmələrini təxminən 1 saat çalışdırıb. Əsasən taktiki hazırlığın son mərhələsi olan məşq yüngül xarakterli olub.
 
Qeyd edək ki, düşərgədə cəzalı futbolçu yoxdur: Lukaş Sapela, Novruz Məmmədov, Julio Sezar və Oke Akpoveta cəzasını başa vurub. Oke ilə qapıçı Kamal Bayramovun yüngül zədələri olsa da, bu, onların matçdakı iştirakına mane olmamalıdır.
 
Qeyd edək ki, sabah keçiriləcək "Rəvan” - "Neftçi” qarşılaşması saat 17:00-da başlayacaq və görüş "İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31