29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadiqov əvəzedici heyətə göndərildi

“Neftçi” kapitanı Rəşad Sadiqovu əvəzedici heyətə göndərib. Futbolxeber.az-ın məlumatına görə, buna futbolçunun son vaxtlar zəif çıxışı və intizamsızlığı səbəb olub. Klubdan verilən açıqlamada məlumatı təsdiqləyiblər. Bildirilir ki, son vaxtlar R.Sadiqovun sərgilədiyi oyun klub rəhbərliyini və məşqçi heyətini qane etmir. “Neftçi”nin prezidenti Sadıq Sadıqovun istəyi ilə R.Sadiqov dünəndən əvəzedici heyətin məşqlərində iştirak etməli idi.

R.Sadiqov son turlarda “Neftçi”nin əsas heyətində yer almayıb. “İnter”lə dünənki kubok qarşılaşmasında isə onun adı ümumiyyətlə, matçın iştirakçıları sırasına salınmayıb.

Futbolçunun əvəzedici heyətə göndərilməsi xəbərini klubun prezidenti Sadıq Sadıqov da təsdiqləyib.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31