16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Tahir Gözəl: “Bu dəfə çempion olacağıq, fürsəti əldən verməməliyik”

"Maraqlı və gərgin oyun izlədik. Çox sevinirəm ki, komandam 3:0 hesabı ilə inamlı qələbə qazandı. "Qarabağ" hər tur çempionluğa bir addım da yaxınlaşır. Buna görə də sevincimin həddi-hüdudu yoxdur. Komandamdan çox razıyam”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

Supersport.az-a açıqlamasından klub rəsmisi 21 illik çempionluq həsrətinə son qoymağa çox yaxın olduqlarını bildirib: "Allahın köməyi ilə bu dəfə çempion olacağıq. Bu fürsəti əldən verməməliyik. Çempionluq çox yaxındır. Ancaq yaddan çıxarmaq olmaz ki, futbolda gözlənilməz nəticələr də olur. Komandam qəti arxayınlaşmamalı, sona kimi mübarizəni davam etdirməlidir. Bizim üçün hər tur önəmlidir. Komandam bütün oyunlarda belə mübarizə aparsa, çempion olacağıq".

"Komandanız Çempionlar Liqasının qrup turnirinə düşə bilərmi" sualını, klub rəsmisi belə cavablandırıb: "İlk növbədə milli çempionatın qalibi olub Çempionlar Liqasında iştirakımızı təmin etməliyik. "Qarabağ" hər zaman Azərbaycanın ən aparıcı klubu olub və ölkəmizi Avropada layiqincə təmsil etməyə çalışıb. İnanıram ki, yenə uğurlu nəticələr qazanmaqla sözümüzü deyəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30