17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Vaqif Sadıqov Azərbaycanın ən güclü məşqçilərindən biridir”

“Bugünkü oyun çox çətin idi. Komandamızda dəyişiklik oldu, bu da oyunumuza təsir etdi. Məğlub olmağımıza baxmayaraq, komanda yaxşı təsir bağışladı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra AZAL-ın məşqçisi Şakir Qəribov deyib.

O, AZAL-la yollarını ayıran Vaqif Sadıqovdan da söz açıb: “İlk hissədəki qol imkanlarından istifadə edə bilmədik. Oyunu bərabərləşdirmək lazım idi. Yaratdığımız qol epizodları həm bərabərlik, həm də qələbə qazanmaq üçün kifayət edərdi. Yaxşı oyunlarımızdan birini oynadıq. Vaqif Sadıqovun oyundan bir gün öncə komandadan ayrılması hamımıza təsir etdi. Onunla komandaya gəlmişəm, onunla da gedəcəm. Vaxtında buraxılan səhvlər öz nəticəsini göstərir. Vaqif Sadıqov Azərbaycanın ən güclü məşqçilərindən biridir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30