20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Sabah bizi qələbə gözləyir”

“Günbəgün oyunlar çətinləşir. Artıq turnir cədvəlində rəqibi önləmək üçün şans yaranıb. Cari mövsüm iki dəfə “Qəbələ”yə məğlub olmuşuq. Amma sabah bizi qələbə gözləyir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Klubun rəsmi saytına danışan Pantiç, İcraiyyə Komitəsinin qərarından narazılığını gizlətməyib: “Eyni zamanda turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan komandalar arasında 1-2 xallıq fərqlər var. Bu isə özlüyündə rəqabəti daha da çətinləşdirir. Əsas rəqiblərlə aradakı xal fərqini aradan qaldırmaq işi məni qorxutmur. Sadəcə, AFFA-nın İcraiyyə Komitəsinin son iclasında növbəti mövsüm aşağı liqaya düşəcək komandanın olmaması haqda verilən qərarın çempionata marağı azaltmasını düşünürəm. Premyer-liqanın ortasında belə bir xəbərin çıxmasını mən heç yerdə görməmişəm. Nisbətən aşağı pillədə olanlar mübarizə aparmalı olduqları halda, bundan sonra ona əhəmiyyət verməyəcək. Marağın azalması bizi qayğılandırır. Ancaq mən neyləyim, dəyişə biləcəyim bir şey yoxdu. Son ana qədər avrokuboklara vəsiqə uğrunda döyüşməliyik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30