20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ”: 15-ci səfər

Azərbaycan Premyer Liqasının XXVI turunu səfərdə keçirəcək “Qəbələ” “Bakı”nın qonağı olacaq. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 16-da paytaxtda keçiriləcək görüş rəqiblər arasında 29-cu duel olacaq. “Qırmızı-qaralar” 9 illik tarixində heç bir rəqiblə bu qədər qarşılaşmayıb. Bu görüşədək həm “Bakı”, həm də “Qarabağ” 28 dəfə “Qəbələ”nin önünə çıxmışdı.

Son 3 matçda bakılıları məğlub edən Qəbələ təmsilçisi ümumilikdə 6 dəfə paytaxtın eyniadlı təmsilçisini məğlub edib. Daha 7 dəfə isə rəqiblər bərabərliklə ayrılıb. “Bakı”nın hesabında isə daha çox - 15 qələbə var. Bu qarşılaşmalarda paytaxt futbolçuları 32, “qırmızı-qaralar” isə 20 dəfə rəqib qapısına yol tapıb.

6 dəfə kubokda yolları kəsişən “Qəbələ” ilə “Bakı” 22 çempionat matçında münasibətlərini aydınlaşdırıb. Bütün qələbələri çempionata təsadüf edən əyalət təmsilçisi 4 heç-heçə edib və 12 dəfə meydanı xalsız tərk edib. Top fərqində də bakılılar öndədir - 26:18.

Son 3 səfər oyununda uduzmayan “Qəbələ” Bakı klubunun meydanında keçirdiyi 14 görüşdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 9 dəfə uduzub. 15-ci səfər matçında 10-cu qolunu vurmaq iddiasında olan “qırmızı-qaralar” 21 top buraxıb.

 “Qəbələ”nin “Bakı” ilə duellərində ümumilikdə 52 qol vurulub. Bu oyunların ən yaxşı bombardiri Viktor Mendidir. “Qırmızı-qaralar”ın legioneri 5 dəfə rəqib qapısına yol tapıb. Bakılıların heyətində isə 4 qol vuran Aleksandar Şoliç öndədir. Joao Silvinyo de Karvalyo, Amiran Muciri isə hərəyə 3 qolun sevincini yaşayıb. “Qəbələ”nin 20 qoluna 14 futbolçu imza atıb. Mendidən başqa, daha 2 oyunçu 1 dəfədən artıq fərqlənib. Vitali Balamestnı ilə Yannik Kamanan 2 dəfə rəqib qapısına yol tapıb. Rəqibin heyətində Əhməd Ticani, Leandro Qomeş və Uinston Parksın da 2 qolu var.

2006/07. Premyer Liqa

29.10.2006. Bakı - Gilan (Qəbələ) - 1:0

Aleksandr Qoqoberişvili, 5

2006/07. Azərbaycan kuboku

21.11.2006. Gilan (Qəbələ) - Bakı - 0:2

Georgi Meqreladze, 78, Leandro Qomeş, 90+2

2006/07. Azərbaycan kuboku

02.12.2006. Bakı - Gilan (Qəbələ) - 1:0

Leandro Qomeş, 51

2006/07. Premyer Liqa

18.04.2007. Gilan (Qəbələ) - Bakı - 0:1

Vüqar Quliyev, 55

2007/08. Premyer Liqa

19.08.2007. Qəbələ - Bakı - 2:0

Vitali Balamesttnı, 71, Tornike Aptsiauri, 79

2007/08. Premyer Liqa

24.02.2008. Bakı - Qəbələ - 3:0

Əhməd Ticani, 16, Eli Sisse, 57, Anatoli Ponomaryov, 86

2007/08. Azərbaycan kuboku

06.03.2008. Bakı - Qəbələ - 1:1

Əhməd Ticani, 28 - Samir Zərgərov, 22

2007/08. Azərbaycan kuboku

20.03.2008. Qəbələ - Bakı - 1:1, p.4:3

Vitali Balamestnı, 44 - Amiran Muciri, 35

2008/09. Premyer Liqa

09.11.2008. Bakı - Qəbələ - 3:0

Fernando Peres, 21, Amiran Muciri, 54-p.; 74

2008/09. Premyer Liqa

26.04.2009. Qəbələ - Bakı - 0:1

Uilyam Roşa Batista, 74

2009/10. Premyer Liqa

31.10.2009. Qəbələ - Bakı - 0:2

Bəxtiyar Soltanov, 40; Aleksandar Şoliç, 76

2009/10. Premyer Liqa

13.02.2010. Bakı - Qəbələ - 2:0

Gürşat Duymuş, 35; Adriano Padilyo Nasimento, 90+2

2009/10. Premyer Liqa

28.03.2010. Bakı - Qəbələ - 1:1

Aleksandar Soliç, 21 - Pərvin Paşayev, 78

2009/10. Premyer Liqa

01.05.2010. Qəbələ - Bakı - 1:0

Paulino Lopes Tavares, 72

2010/11. Premyer Liqa

22.08.2010. Bakı - Qəbələ - 2:1

Fabio Luis Ramim, 29; Joao Silvinyo de Karvalyo, 73-p. - Deon Barton, 6

2010/11. Premyer Liqa

23.12.2010. Qəbələ - Bakı - 0:1

Joao Silvinyo de Karvalyo, 50

2010/11. Azərbaycan kuboku

03.03.2011. Qəbələ - Bakı - 0:0

2010/11. Azərbaycan kuboku

08.03.2011. Bakı - Qəbələ - 1:0

Joao Silvinyo de Karvalyo, 57

2011/12. Premyer Liqa

07.08.2011. Qəbələ - Bakı - 0:0

2011/12. Premyer Liqa

26.11.2011. Bakı - Qəbələ - 2:1

Deividas Çesnauskis, 17; Uinston Parks, 29 - Serj Cehua, 88-p.

2011/12. Premyer Liqa

01.04.2012. Bakı - Qəbələ - 2:1

Uinston Parks, 57; Aleksandar Soliç, 90+3 - Yannik Kamanan, 16

2011/12. Premyer Liqa

29.04.2012. Qəbələ - Bakı - 4:0

Yannik Kamanan, 37; Vurğun Hüseynov, 49; Viktor Mendi, 58; Nodar Məmmədov, 90+2

2012/13. Premyer Liqa

04.10.2012. Bakı - Qəbələ - 1:1

Aleksandar Soliç, 59 - Viktor Mendi, 14

2012/13. Premyer Liqa

02.12.2012. Qəbələ - Bakı - 0:2

Vilson Junior, 53; Nurlan Novruzov, 83

2012/13. Premyer Liqa

13.04.2013. Qəbələ - Bakı - 1:1

Viktor Mendi, 30 - Rauf Əliyev, 90+1 (p.)

2012/13. Premyer Liqa

09.05.2013. Bakı - Qəbələ - 0:1

Rodriges Assis, 65

2013/14. Premyer Liqa

03.08.2013. Bakı - Qəbələ - 1:2

Mindauqas Kalonas, 12 - Viktor Mendi, 62; 82

2013/14. Premyer Liqa

20.12.2013. Qəbələ – Bakı - 2:0

Daniel Subotiç, 19; Lorentso Ebesilio, 90+4 (pen.).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30