26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" "Lion"la əməkdaşlığa başlayır

“Qəbələ”  Futbol  Akademiyasının məşqçi heyəti nəzəri və praktiki biliklərinin artırılması məqsədilə daha bir işgüzar səfər gerçəkləşdirəcək. Futbolxeber.az-ın məlumatına görə, akademiyanın  nümayəndə heyəti martın 12-dən 17-dək  Fransanın “Lion” klubunun qonağı olacaq. Nümayəndə heyətinin tərkibinə “Qəbələ” Furtbol Akademiyasının  hollandiyalı direktoru Stenli Brard və onun müavini Nail  Kərimov,  eləcə də akademiyanın yuxarı yaş qruplarında  çalışan məşqçilər Famil Xəlilov (U-17), Zaur Hacıyev (U-16), Hüseynqylu Quliyev (U-15) və Xaqani Məmmədov (U-14) daxil ediliblər. Səfərdə məqsəd Avropanın aparıcı klublarından olan “Lion” klubunun fəaliyyəti istiqamətləri ilə yaxından tanış olmaqdır. Yeri gəlmişkən, klubun rəsmən adı “Olimpik” olsa da, yerli futbolsevərlər bu komandanı daha çox “Lion” kimi tanıyırlar.

Səfər  proqramı  “Qəbələ” məşqçilərinin  işgüzar gəzintisinin maraqlı  və faydalı olacağını vəd edir. Belə ki, nümayəndələr səfər zamanı Lion klubunun futbol akademiyasının fəaliyyəti ilə  tanış olacaq, müxtəlif yaş qruplarının məşqlərini izləyəcək və  yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Bundan  başqa nümayəndələr Fransa klubunun əsas komandasının 2 matçını canlı izləyəcəklər. onlar Fransa çempionatının “Lion” - “Monako” oyununu, habelə Avropa Liqası turniri çərçivəsində “Lion” -  “Viktoriya” (Plzen,Çexiya) matçına yerli arenada tamaşa edəcəklər. 

Qeyd edək ki, səfər üçün “Lion” klubunun seçilməsi təsadüf deyil. Belə ki, Lion təmsilçisinin futbol akademiyası Avropada analoji təsisata malik ən yaxşı 5 klub sırasındadır. “Lion”nun  futbol akademiyası Avropa ölkələrinə peşəkar futbolçu ixracına  görə “Barselona”dan sonra ikinci sıradadır. Dəfələrlə Fransa  çempionatının qalibi olmuş və ölkə kubokunu qazanmış “Lion”un əsas komandasının hazırkı heyəti klubun futbol akademiyasıının yetirmələrindən təşkil olunub. Bu baxımdan  Avropanın ən öncül akademiyasında olmaq, burada görülən  işlərlə yaxından tanış olmaq “Qəbələ”li mütəxəssilər üçün çox  faydalı olacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30