19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qarabağ”ın çempionluğuna kölgə salmayın!.. YAZI

...VƏ YA PANTİÇ “BAKI”NI AVROKUBOKLARA DAŞISA, PAPAĞINI GÖYƏ ATSIN

 “Qarabağ” “Neftçi”nin ardınca “Bakı”nı da 4 qolla diz çökdürdü. Bu qələbə bir daha Ağdam klubunun gücünü göstərdi. Qurban Qurbanovun komandasının əmin addımlarla çempionluğa doğru irəliləməsi faktdır. “Qarabağ” həqiqətən də parlaq futbol sərgiləyir və hazırda çempionluğa ən layiqli komandadır.

Amma bəzilərinin artıq indidən “Qarabağ”ın çempionluğuna “mız” qoyması xoşagələn hal deyil. Guya Ramin Musayev Ağdam klubunu çempionluğa “dartır”. Bunu deyənlərə sual vermək lazımdır ki, Ramin Musayev neçə ildir PFL-in prezidentidir? Əgər, Musayev “Qarabağ”ın çempionluğunu istəsəydi, bunu çoxdan etmişdi. Nəyə görə bu qədər gözləyirdi? Elə PLF-in rəhbəri olduğu ilk, ən pis halda ikinci ildə ağdamlıları çempion edərdi də.

Məgər, son 3 ildə “Neftçi” Ramin Musayevin hesabına çempion olub? Bu, sadəcə olaraq “Qarabağ”ı gözügötürməyənlərin, Ağdam klubu qarşısında diz çökənlərin primitiv bəhanəsidir, vəssəlam.

Ağlı başında olan hər kəs açıq-aydın görür ki, “Qarabağ” cari mövsümdə çempionluğa tam layiqdir. Odur ki, komandanın, futbolçuların, məşqçilərin əziyyətini yerə vurmaq lazım deyil. Əmin addımlarla çempionluğa doğru irəliləyən Ağdam klubu mövsümün sonunda zirvədə qərarlaşsa, bunu başqa birisinin adına yazmaq lazım deyil. Gəlin, “Qarabağ”ın çempionluğuna kölgə salmayaq.

19-cu turda “Qarabağ” öz meydanında “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzdu. Qurban Qurbanov bu yenilgiyə görə heç bir bəhanə gətirmədi. Amma “Qarabağ”a uduzan hər məşqçi bir “əmma” axtarır. Böyükağa Hacıyev bir söz deyir, Milinko Pantiç başqa bir söz.

Pantiç ümumiyyətlə, bəzi hallarda açıqlamaları ilə Böyükağa Hacıyevi də “kölgədə qoyur”. Gəlin, onun “Qarabağ”la oyundan əvvəl və sonra verdiyi açıqlamara diqqət yetirək.

“Bu qarşılaşmaya baxıb həzz almaq lazımdı. Amma məğlubiyyəti ağlımdan keçirmirəm... Biz yeganə komandayıq ki, 3-cü dövrədə 6 oyuna 2 qol buraxmışıq... “Bakı” kart cəhətdən kasıbdı. “Neftçi”, “Xəzər Lənkəran”ın oyunçularında elə olub ki, cəzalı futbolçunun vərəqəsi sonradan ləğv olunub. Beləcə sabah “Qarabağ”ın futbolçusu Riçard Almeydanın kart cəzalısı olsa belə, bizə qarşı oynaya biləcəyindən ehtiyat edirəm”.

Qısa bir açıqlamadan həm özündənrazılıq, həm də bəhanə qoxusu gəlir. 6 oyuna 3 qol buraxan “Bakı”ya “Qarabağ” 4 qol vurdu. Pantiçin ehtiyat etdiyi Riçard Almeyda meydana çıxmadı. Amma “Qarabağ” Almeydasız da “Bakı”nı darmadağın etdi. Deməli, Almeydanın meydana çıxıb-çıxmamasının elə də fərqi yoxdur. “Bu qarşılaşmaya baxıb həzz almaq lazımdı” məsələsinə gəldikdə isə bəli, cənab Pantiç oyundan zövq aldıq. Amma yalnız “Qarabağ”ın oyunundan...Oyundan qabaq dediklərinə bir quş.

Oyundan sonra isə Pantiç iddia etdi ki, guya ona “Qarabağ”ın çempion çempion olacağını əvvəldən deyiblər”. Bu sözlər heç bir məntiqə sığmır. Əgər. həqiqətən də ona belə bir söz deyilmişdisə, niyə bu məsələni vaxtında qabartmayıb? Elə onda çıxıb deyərdi ki çempion “Qarabağ” olacaq, biz ikinci yer üçün oynayırıq”.

Pantiç barədə hələ bir neçə ay əvvəl yazmışdım.Onda faktlarla sübuta yetirmişdim ki, bu insan uduzduğu hər oyundan sonra ya bəhanə gətirir, ya da özündən başqa hamını günahlandırır. 4:0-dan sonra bəhanə gətirmək peşəkarlığa sığmır. Adamda insan olar cənab Pantiç.

Fasilədən sonra inamlı çıxış edərkən Pantiç qürrələnirdi. Amma son 3 oyunda qazanılan 2 xal onun bütün planlarını alt-üst etdi. Kamran Ağayevi rəhbərliyin göstərişi ilə komandadan qovan, ən yaxşı bombardirini 1-2 futbolçuya görə heyətdən uzaqlaşdırana güclü məşqçi demək nə dərəcədə düzgündür? Pantiç “Bakı”nı cari mövsüm avrokuboklara daşıya bilsə, papağını göyə atsın. 

Şahin ZÜLFÜQAROV




Ad: Fred;   E-mail: ---

15.03.2014 00:25

Ela yazmisiniz qardas!
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30