24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Rəvan” “Xəzər Lənkəran”la görüşün hazırlılarını tamamladı

“Rəvan” Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Xəzər Lənkəran” ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, “Rəvan” "Bayıl Arena”da baş tutuacaq görüşə hazırlığı bu günkü məşqlə başa vurub.

"Bayıl Arena”da keçirilən məşq saat 16:00-da başlayıb. Təxminən bir saat davam edən hazırlıqda baş məşqçi Güvənc Kurtar yetirmələrini çox da yükləməyib. Məşqdə zədəli Aqil Nəbiyev və cəzalı olduğundan əvəzedicilərdə oynamış Cəmşid Məhərrəmovla Lukaş Sapela iştirak etməyib. Qalan bütün futbolçular məşqçilər korpusunun sərəncamında olub. Ənənəvi isinmə hərəkətlərindən sonra futbolçular taktiki-texniki hazırlıq üzrə məşqçilərdən son tapşırıqlarını alıb. Cinah asmalaları üzərində işlədikdən sonra futbolçular qapıya zərbələrlə məşqi bitirib.

Qeyd edək ki, sabah keçiriləcək "Rəvan” - "Xəzər Lənkəran” oyunu saat 15:00-da start götürəcək.


revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30