29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mustafa Dənizli: "Biz də “Xəzər Lənkəran”ıq!"

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizlinin müsahibəsi

- İcraiyyə Komitəsinin (İK) iclasına qatıldınız. Fikrinizi dinlədilər. Hansı təklifləri irəli sürdünüz?

- Əvvəla qeyd edim ki, AFFA bu addımı atmaqla doğru iş görür. Onlar yerli, eləcə də bizim kimi təcrübəli məşqçilərin, həmçinin klub rəsmilərinin fikirlərini öyrənirlər. Fikirdən fikir doğar. Yəni bu deyilənləri araşdırıb, bir doğru fikir ortaya çıxara bilərlər. İK təklif etdiyim fikirlərin bir hissəsi reallaşacaq, bir qisminin həyata keçməsi üçün isə zamana ehtiyac var. Bu gün azarkeşləri stadiona cəlb etmək daxili yarışın gərgin keçməsi ilə olmayacaq. Bunun üçün klubların, millinin qrup mərhələlərində iştirak etmələri, orda oynamaları lazımdır. Bu zaman həyəcan daha da artacaq. Bunun planını cızmaq lazımdır. Baxın, bu gün İngiltərədə ölkə kuboku sahibini tapdı. Yəni artıq kubok yarışları başa çatdı. Biz isə hələ heç yarımfinal oyunlarına başlamamışıq. İngiltərədə il ərzində komandalar 60, Azərbaycanda isə 36 oyuna çıxır. Artıq bunu da planlaşdırmalıyıq. Gənclərlə bağlı fikirlər səsləndirildi. Bizim gələcəyimiz onlardan asılıdır. Ancaq onları düzgün yönləndirməli, istifadə etməliyik. Məcburiyyətdən istifadə etmək fərqli, layiq olduğu üçün istifadə etmək başqa şeydir.

- Gənclərlə bağlı sizin təklifiniz nədən ibarət idi?

- Protokola adları qeyd edilən 18 nəfərlik heyətdə bir nəfər gənc futbolçunun adı olmalıdır. Oyun ərzində ilk “11-lik”dən əlavə əvəzetmələr zamanı da 3 futbolçudan istifadə edilir. Yəni hər bir baş məşqçi 90 dəqiqə ərzində 14 futbolçunun xidmətindən faydalanmaq imkanına sahibdir. Onlardan biri mütləq gənc futbolçu olacaq. Ancaq startda mütləq biri meydanda olmalıdır fikri, düzgün deyil.

- Yəni həmin futbolçu sonradan da oyuna qoşula bilər?

- Bəli, ehtiyatdan da daxil ola bilər. Əsas odur ki, 90 dəqiqəlik müddətdə bu futbolçuya da şans veriləcək. əgər sərəncamımda yaxşı mənada seçilən 3-4 nəfər gənc futbolçu varsa, hamısına şans verə bilərəm. Niyə də oynatmayım? Amma bunu mütləq şərt kimi qəbul etməmək lazımdır.

- Sabahkı oyunla bağlı nə deyə bilərsiniz?

- Gərgin oyun olacaq. Hər iki komanda rəqabət aparacaq. Məncə, maraqlı qarşılaşma alınacaq.

- Mətbuat bu görüşü “Türk derbisi” adlandırır...

- (gülür) Yox, bu hələ türk derbisi deyil.

-  Heyətdə zədəli futbolçuları çoxluğu problem yaratmayacaq?

- Bəli, zədəlilərimiz çoxdur. Xüsusilə də yerli futbolçuların üstünlük təşkil eləməsi kələyimizi kəsir. Amma önəmli deyil.

- “Rəvan”ın son turlarda yüksəlişdə olması sizi narahat etmir?

- Həm oyun, həm də psixoloji baxımdan yüksəlişdədirlər. Ancaq biz də “Xəzər Lənkəran”ıq! 


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31