26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Şenes Erzik millinin ilk oyununu xatırladı

UEFA-nın I vitse-prezidenti Şenes Erzik AFFA-nın Konfransında çıxış edib. Lent.az-ın məlumatına görə, Erzik qurumun prezidenti Mişel Platininin salamlarını çatdırıb. O, 1992-ci ildə özünün Türkiyə Futbol Federasiyasının prezidenti seçildiyini, həmin il isə AFFA-nın  yarandığını xatırladıb. Ötən müddətdə çox məşəqqətlli günlər keçirdiklərini deyən Erzik əldə edilən uğurların keçmişi unutdurmağa başladığını bildirib: “O zamanlar ilk təməllər atıldı. 20 il ərzində Azərbaycana 15 dəfəyədək səfər etmişəm. Uğurlu nəticələrə imza atdığınız üçün hamınızı təbrik edirəm. 1994-cü ilin sonlarında seçmə mərhələ oyunları ərəfəsi idi. Stadionların vəziyyətinə dair hesabatda yeni üzvümüz AFFA-nın münasib stadionunun olmadığı üzə çıxdı. Həmin vaxt mən Azərbaycan yığmasının oyunlarının Türkiyədə keçirməsini istədim. Xoşbəxtlikdən, Azərbaycan və Türkiyə milliləri eyni qrupa düşmədi. Nəticədə yığmanız ev oyunlarını Trabzonda keçirməyə başladı. Türkiyə millisi isə 1996-cı il Avropa çempionatına ilk dəfə vəsiqə qazandı”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30