28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Georgi Nikolov: “Bu, qeyri-ciddi təklifdir”

AFFA-nın martın 7-də keçiriləcək Hesabat Konfransında və İcraiyyə Komitəsinin iclasında Bakı “İnter”inin fəxri prezidenti Cahangir Hacıyevin də iştirakı nəzərdə tutulub. Bu barədə Lent.az-a klubun prezidenti Georgi Nikolov məlumat verib.
 
Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasında gözlənilən yeni legioner limitinin tətbiqi ilə bağlı paytaxt təmsilçisinin də öz mövqeyi var: “FİFA bütün milli çempionatlarda 6+5 limitinin tətbiqini tövsiyə edib. Hətta bildiyim qədərilə bu, 2014-2015-ci il mövsümündən tətbiq olunmağa başlayacaq. Hesab edirəm ki, AFFA və Peşəkar Futbol Liqası artıq indidən klubların heyətində 6 legioner və 5 yerli futbolçunun yer alması istiqamətində işlərə başlayıb. Bu məqsədlə İcraiyyə Komitəsinin ötən iclasında gələn mövsümdən yerli futbolçuların sayının 5-ə çatdırılması və onlardan 2-nin 21 yaşadək olması haqda qərar çıxarılıb”.
 
Amma bu qərar klublarımız tərəfindən heç də birmənalı qarşılanmayıb. Təsadüfi deyil ki, bu yaxınlarda baş məşqçilərin iştirakı ilə AFFA-da görüş keçirilib və onların fikirləri dinlənilib. Gənc futbolçulardan birinin 21 yaşadək, digərinin isə 23 yaşadək olması da yeni təkliflər arasındadır. Amma Nikolov bu variantı qeyri-ciddi adlandırıb: “Mən klublarda gənc futbolçuların yetişdirilməsinin və onların əsas heyətə cəlb olunmalarının lehinəyəm. Hətta komandalar üçün belə oyunçuları tapıb üzə çıxaran uşaq məşqçiləri mükafatlandırılmalıdır. Amma gənclərdən birinin 21, digəri 23 yaşadək futbolçu olması təklifi qeyri-ciddidir”.
 
Qeyd edək ki, AFFA Konfransı və İcraiyyə Komitəsinin iclası “Hilton” otelində keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31