29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Lippert ölkəmizdəki karyerasını vərəqlədi: "Almaniyada ildə 6 həftə oluram"

21 yaşadək millimizin baş məşqçisi və AFFA-da aşağı yaş qruplarından ibarət yığmalar üzrə direktor işləyən Bernhard Lippert Moldova ilə yoldaşlıq oyunundan (1:1) sonra Almaniyadan olan həmkarlarına müsahibə verib. Frankfurt “Ayntraxt”ının sabiq məşqçisi ölkəmizdəki 6 illik karyerası haqqında danışıb.

- Cənab Lippert, alman məşqçi üçün yetirmələri ilə çalışmaq nə dərəcədə çətindir?

- Hətta mən təlimatlarımı almanca versəm belə, bu, problem yaratmır. Mən 6 ildir ki, tərcüməçi ilə işləyirəm. Ancaq biz bir-birimizi görmədən də başa düşürük. Əgər mən səsimi yüksəldirəmsə, uşaqlar nə demək istədiyimi tez anlayır. Bundan başqa, Almaniyada çıxış edən Ərən Taşkın (Düsseldorf “Fortuna”sı) və Taşkın İltər (Braunşvayq “Ayntraxt”ı) məni almanca başa düşür.

- “Ayntraxt” və Bundesliqa ilə müqayisədə Azərbaycan futbolunun səviyyəsi necədir?

- Azərbaycanda olan ən yaxşı komandaları 2-ci Bundesliqa komandaları ilə bir sıraya qoymaq olar. Qalanları Regionalliqa səviyyəsindədir. Ancaq orda maaşlar yüksək səviyyədədir. Bu da müəyyən problemlər yaradır.

- Nə baxımdan problemlər yaradır ki?

- Azərbaycan komandalarına çoxlu xarici mütəxəssislər başçılıq edir. Bu halı bəyənsəm də, bəzən bu xoşuma gəlmir. Çünki biz yerli gəncləri inkişaf etdirmək baxımından bundan əziyyət çəkirik.

- Əsas millinin baş məşqçisi Berti Foqtsla əməkdaşlığınız necədir?

- Fakt budur ki, ötən ilki U-21-in 5 üzvü bu gün Dubayda əsas komanda ilə bir yerdədir (müsahibə dünən götürülüb - red.). Bu onu göstərir ki, o mənimlə birgə işləyir. Mən demək olar ki, gündəlik onunla əlaqədə oluram.

- Bu uzaq ölkədə çalışmaq sizi nə dərəcədə razı salır?

- Açığı, mən Azərbaycana gələndə çox fərqli düşüncələrim vardı. Ancaq hazırda bu ölkə çox böyük inkişafdadır. Paytaxt Bakı Qərbi Avropa şəhərlərinə oxşayır. Futbolçu üçün bu çox mədəniyyətli meqapolisdə gözəl həyat yaşamaq mümkündür! Siz yemək üçün hara rahatdırsa, gedə bilərsiniz. Burda fars, türk və yerli mətbəxdən dada bilərsiniz.

- Sizin Bakıda daimi yaşayış yeriniz var?

- Əlbəttə. Axı mən orda idman direktoru və U-21-in baş məşqçisiyəm Çox vaxtım orda keçir. Mən Almaniyada ildə 6 həftə oluram.

- Gələcəyə dair planlarınız var?

- Hazırda mən özümü Bakıda çox rahat hiss edirəm. 6 il ərzində orda yaşadığımdan, bu mənə normal gəlir. Müqaviləm 1 illikdir. Özünüz bilirsiniz ki, futbol da bir işdir.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31