20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Azərbaycan Kubokunun final matçının vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan Kubokunun final matçı 28 may - Respublika günündə baş tutmayacaq. Bu barədə Lent.az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
 
Onun sözlərinə görə, buna milli komandamızın mayın 27-də ABŞ-la keçirəcəyi yoldaşlıq görüşü səbəb olub. Musayev final görüşünün mayın 21-də və ya 22-də olacağını əlavə edib: “Bir müddət öncə yığmamızın baş məşqçisi Berti Foqts final matçının vaxtını daha irəli tarixlərə salmağı xahiş etmişdi. O, millimizin mayın sonlarında yoldaşlıq görüşü keçirəcəyini bildirmişdi. Amma həmin vaxt komandamızın rəqibi və oyununun tarixi bilinmirdi. İndi isə mayın 27-də ABŞ-la San-Fransiskoda yoldaşlıq görüşünün keçiriləcəyi dəqiqləşib. Biz hər zaman millimizə şərait yaratmalıyıq. Həm yoldaşlıq görüşünü, həm də ABŞ-la 12 saatlıq fərqi də nəzərə alaraq, final matçını mayın 21-də və ya 22-də keçirmək niyyətindəyik”.
 
Yığmamızın oyunu təkcə ölkə kubokunun yox, Azərbaycan Premyer Liqasının son turlarının keçirilmə tarixlərində də ciddi dəyişikliklərə səbəb olacaq. Hazırkı təqvimə əsasən, çempionatın son 3 turu müvafiq olaraq, 7 – 9 mayda, 16 mayda və 21 mayda olmalıdır. PFL prezidenti çempionatın son turlarının oyun günlərində də yerdəyişmələrin ediləcəyini təsdiqləyib. Musayev həm Premyer Liqanın son turları, həm də Azərbaycan Kubokunun final matçının dəqiq tarixini məsləhətləşmələrdən sonra açıqlayacaqlarını əlavə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30