23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Simurq" "Neftçi" önünə 2 itki ilə çıxacaq

 

Topaz Premyer Liqasının 27-ci turunda “Neftçi”ni qonaq edəcək "Simurq" dünən sonuncu məşqinə çıxıb. Futbolxeber.az-ın məlumatına görə, bir saatdan artıq davam edən hazırlıq prosesində sarı-qaraların heyətində Aleksandr Şemonayevdən başqa hər bir kəs iştirak edib. Qısa məsafəli qaçış və isinmə hərəkətlərindən sonra Georgi Çixradzenin yetirmələri qısa ötürmələr üzərində çalışıb. Daha sonra isə 3 qrupa bölünərək “kvadrat” oynayıblar. Məşqin sonunda isə ikitərəfli oyundan sonra qapıya sərbəst zərbələr üzərində çalışılıb. Bundan sonra hazırlığı tamamlayan “Simurq” istirahətə çəkilərək, görüşün başlama vaxtını gözləməyə başlayıb.
 
Rəqiblərin premyer liqada 15-ci dueli ərəfəsində “Neftçi”nin böyük üstünlüyü var. Zaqatala təmsilçisi son 6 oyunda paytaxt təmsilçisini məğlub edə bilməyib. Hətta sarı-qaralar indiyənə qədər doğma arenada “Neftçi”yə qalib gəlməyi bacarmayıb. Cari mövsümdə ikisi Azərbaycan Kubokunda olmaqla 4 dəfə üz-üzə gələn rəqiblərin görüşündə də Böyükağa Hacıyevin yetirmələri üstün olub. “Simurq” bu il Zaqatalada ilk məğlubiyyətində məhz “Neftçi” ilə görüşdə alıb.  
 
"Simurq"da Aleksandr Şemonayev sarı vərəqə limitini doldurduğundan forma geyinə bilməyəcək. O cümlədən, Nicat Qurbanovda “Neftçi”dən icarə əsasında transfer edildiyindən, müqavilə şərtlərinə uyğun olaraq komandaya kömək edə bilməyəcək.
 
 Qeyd edək ki, “Simurq”-“Neftçi” oyunu bu gün saat 18:00-da start götürəcək və komandanın rəsmi saytı, –www.simurqpfk.az vasitəsilə canlı yayımlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30