29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mustafa Dənizli: "Xəzər Lənkəran"dan əvvəl yeddi klubdan təklif almışdım"

“Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyənin "Milliyət" qəzetinə müsahibə verib. Həmin müsahibəni ixtisarlarla təqdim edirik:

- Siz türk futboluna borclusunuz, yoxsa əksinə alacaqlarınız var?

- Gözəl sualdır, nə deyəcəyimi bilmirəm. Mən türk futbolundan dünyanı aldım, amma borcumu hələ də ödəməmişəm. Bu sualı mənim gördüyüm işləri indiyə kimi izləyən birinə versəniz, bəlkə fərqli cavablandırar. Amma bizim bu ölkəyə borcumuz bitməz.

- Futboldan getmək vaxtınız çatıb? Artıq bu neçənci “sürgündür”?

- Fulbolda ölkə dəyişdirmək sürgündürsə, qoy, elə olsun. O zaman bizim ölkəmizə gələn bütün məşqçilər də sürgündədir. Mən "Xəzər Lənkəran"a getməzdən əvvəl yeddi klubdan təklif almışdım. Ancaq oranı seçdim.

- Mübariz məşqçisiniz. "Xəzər Lənkəran"da işləriniz necə gedir?

- Azərbaycandakı layihə fərqlidi. Bura ölkə futboluna əlimdən gələn köməkliyi etmək üçün gəlmişəm. 25 ildir bu işi görürəm. 20 ilə yaxın peşəkar karyeram var. Təcrübəni məktəbdə oxuyaraq qazana bilmərsən. Təcrübə - həyatda yaşadıqlarının birləşməsidir.

- "Qalatasaray"ın təklifini niyə qəbul etmədiniz?

- "Qalatasaray" futbola başladığım yerdir. Onlardan təklif almaq qürurverici idi. Ancaq göndərilən təklifi nəzərdən keçirməliydim. "Qalatasaray" isə məni gözləyə bilməzdi.

- Bəs, "Fənərbaxça"?

- "Fənərbaxçda"dan təklif Ərsun Yanalla danışıqlardan sonra gəldi. Onların təklifini əslində rədd etməzdim. Sadəcə, bəzi şərtlər alınmadı.  Mənim üçün önəmli olan klubların maraq dairəsində olmağımdır. Əgər onlar mənə təklif göndərirsə, deməli, işimi bəyənirlər.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31